Islamtimes – Yaponiyalı universitet tələbəsi Tokyodakı İran mədəniyyət mərkəzində şiəliyi qəbul etməsi haqqında açıqlama verib.
Islamtimes
Yaponiyalı tələbə uzun araşdırmadan sonra Şiəliyi qəbul edib
Yaponiyalı tələbə uzun araşdırmadan sonra Şiəliyi qəbul edib
İQNA xəbər agentliyinin verdiyi məlumata əsasən antropologiya üzrə fəlsəfə doktoru Kin İçi Tani şəhadət gətirərək Şiə İslamı qəbul edib.

O Şiə İslamı qəbul etdikdən sonra 10-ci İmam şərəfində Hadi adını özünə götürüb.
Hadi deyib ki, o həqiqi dini tapdığı üçün çox xoşbəxtdir və ümid edir ki, o yaxşı müsəlman olacaq.

O deyib: “Mən ali məktəbdə oxuyarkən İslam ilə tanış oldum. Daha sonra mən din haqqında araşdırma apardım və nəticəyə gəldim ki, İslam mükəmməl dindir. Sonra da mən müsəlman olmağa qərar verdim.”

Hadi əlavə edərək deyib ki, o İran, Misir, Suriya və Livan da daxil olmaqla bir çox Müsəlman ölkələrinə səfər edib və o halhazırda İran xalqının mədəniyyətini öyrənir.

http://www.islamtimes.org


more post like this