Bəşəriyyətin həqiqi dini olan İslamı qəbul edəndə, daha doğrusu, ona qayıdanda Fransada hicab örtən məktəbli qızlar barəsində amansız debatlar (müzakirə, mülahizələr) tüğyan edirdi. Belə müzakirələr hələ də davam edir. Çünki əksəriyyət elə hesab edir ki, dövlət tərəfindən maliyyələşən cəmiyyətdə (müəssisədə), o cümlədən məktəblərdə hicab örtmək prinsiplərə ziddir, belə ki, onlar dinə münasibətdə neytral olmalıdırlar. Hətta mən müsəlman olmamışdan qabaq başa düşə bilmirdim ki, müsəlman tələbəsinin (qadın) başını örtməsi kimi o qədər də əhəmiyyətli olmayan bir məsələnin ətrafında bu cür qalmaqal nəyə görə idi.
Müsəlman qadınının ənənələrə kölə kimi riayət etdiyi üçün hicab örtməsi inamı müsəlman olmayanlar (kafirlər) arasında hələ də qalmaqdadır. Hətta bu inam o qədər güclüdür ki, örpək (hicab) əsarətin simvolu hesab edilir. Bir çox kafirlər elə hesab edir ki, müsəlman qadınının azad olması və müstəqilliyi hicab çıxarılmadan mümkün deyil. İslamdan anlayışı olmayanlar və yaxud da məhdud anlayışı olan «müsəlmanlar» da belə bir fikirlə şərikdirlər. Onlar ateizm və dini eklektizmi öyrəndiklərindən İslamın universal və əbədi din olduğunu dərk edib anlaya bilmirlər. Onlar dərk edə bilmirlər ki, bütün dünya qadınları, o cümlədən ərəb olmayanlar uydurma ənənələrə görə deyil, dini tələblərə tabe olaraq İslamı qəbul edib hicab örtürlər. Mən, bu qəbildən olan qadınlara nümunəyəm. Mənim hicabım irqimin və ənənəmin bir hissəsi deyil; o, yalnız və yalnız dini eyniyyət mənasını kəsb edir.
Parisdə İslamı qəbul edəndən sonra hicab örtməyə başladım. Hicab örtmənin forması yaşadığım ölkədən və dini hansı səviyyədə dərk edib qəbul etməyindən asılıdır. Fransada olarkən örtdüyüm örpək paltarıma uyğun və sadə idi. O mənə yaraşırdı. Bir sözlə, dəbdəbəli və şıq idi! Hicab mənim üçün nə deməkdir?! Hicaba aid olan çoxlu kitab və məqalələrin olmasına baxmayaraq onların hamısı özgə fikrinə əsaslanaraq yazılmışdır. Mən öz daxili düşüncəmi, daxili fikrimi etiraf etmək istəyirəm.
İslamı qəbul etməyi qərara alanda gündə beş dəfə dua etməyi bacaracağım, hicab örtəcəyim barəsində düşünməmişdim. Ola bilsin ki, mən bütün bunlar barəsində ciddi düşünsəydim, bu mənim müsəlman olmağıma bu və ya digər dərəcədə təsir edərdi. Parisin əsas məscidini ziyarət edənə qədər İslamdan heç bir anlayışım yox idi, heç bir qaydaya riayət etmirdim, namaz qılmırdım, hicab örtmürdüm, bunların hamısı mənə yad idi. Faktiki olaraq bu öhdəliklər mənim üçün təsəvvür edilməz idi, lakin mənim müsəlman olmaq istəyim o qədər güclü idi ki (əlhəmdulillah), qəbul etdiyim yeni dində məni nələrin gözlədiyi maraqlandırmırdı.
Məsciddə dinlədiyim mühazirədən hicab örtməyin xeyri və əhəmiyyəti mənim üçün o dərəcədə aydın və agah oldu ki, hətta məsciddən çıxandan sonra da örpəyi başımdan çıxartmadım. Dinlədiyim moizə bu günə qədər tanımadığım məchul bir ruhla mənim vücuduma doldu, onu tamamladı və mən sadəcə olaraq örpəyi açmaq belə istəmədim. Hava soyuq olduğu üçün ətrafdakıların diqqətini bir o qədər cəlb etməsəm də, mən fərqi görürdüm: özümü təhlükəsiz, hifz olunmuş hiss edirdim. Sanki Allaha daha yaxın idim, Onun yanında idim. Əvvəllər kişilər mənə baxanda Parisdə yaşayan əcnəbi qadın kimi özümü narahat hiss edirdim. İndi isə hicabda məni görmürdülər və mən murdar baxışlardan qorunurdum. Hicab məni xoşbəxt etdi; bu, mənim inamımın təzahürü və Allaha itaətimin əlaməti idi. Mən öz etiqadım haqqında danışmağa borclu deyildim, belə ki, hicab hər şeyi hamıya, ələlxüsus da müsəlman qardaş-bacılarıma özü deyirdi. Bununla da hicab İslam qardaşlığının və İslam dostluğunun daha da möhkəmlənməsinə kömək edir. Hicab örtmək çox tez bir zamanda mənim üçün təbii və könüllü hal aldı. Heç bir insan, hətta onun buna gücü və imkanı çatsaydı belə, məni hicab örtməyə məcbur edə bilməzdi, mən ona qarşı çıxıb hicab örtməyə etiraz edərdim. Lakin İslam haqqında oxuduğum ilk kitab hicab örtməyin əhəmiyyət və savabını, o cümlədən İslam sözünün mənasını (Allahın buyurduqlarına əməl etmək) mənə qavrayıb, dərk edib qəbul edə biləcəyim tərzdə çatdırdı və mən böyük həvəslə, heç bir çətinlik çəkmədən bir müsəlman qadını kimi öz borcumu yerinə yetirməyə başladım.
Hicab Allahın varlığını insanlara sübut edir və mənə daima özümü müsəlman qadını kimi aparmağı xatırladır.
İslamı qəbul etdikdən iki həftə sonra yaxın qohumlarımın toyunda iştirak etmək üçün Yaponiyaya getdim və qətiyyətlə qərara aldım ki, məşğələləri davam etdirmək üçün Fransaya qayıtmayacağam, çünki fransız ədəbiyyatına olan marağım itmişdi. Belə ki, məndə ərəb dilinə yiyələnmək arzusu yaranmışdı. Müsəlman dinini təzəcə qəbul etmiş, İslam haqqında məhdud biliklərə malik olan bir qız üçün müsəlman aləmindən tamamilə təcrid olunmuş kiçik Yapon şəhərciyində yaşamaq əsl imtahan idi. Buna baxmayaraq, belə bir təcridolunma İslamda özümü tapmağıma kömək etdi və mən bildim ki, tək deyiləm, belə ki, Allah mənimlədir. Qardirobuma daxil olan bir çox paltarlarımdan imtina etməli idim. Qadın paltarlarının tikilişindən anlayışı olan bir dostumun köməyi ilə özümə pakistansayağı kostyumlar tikdirdim və bununla ətrafdakı insanların qəribə baxışları məni narahat etmirdi…
Bir dəfə mən metropolitenin məhz rahibə olan vaqonunda gedirdim və geyimlərimizdə olan belə oxşarlığı görəndə gülümsündüm. Onun paltarı müsəlmanlarda da olduğu kimi təriqətə sadiqlik simvolu idi. Tez-tez özümə sual verirəm ki, nəyə görə insanlar katolik rahibəsinin «hicab»ından heç bir söz açmırlar, ancaq müsəlman hicabını tənqid edir, onu «terrorizm» və «istismar» simvolu kimi qələmə verirlər.
Müsəlman qadını ilə buddist və xristian rahibələri necə də bir-birinə oxşayır! Mən ona müsəlman olduğumu və İslamın zəif və müqavimət göstərə bilməyənlərin kişi nəfsinin qurbanı olmaması üçün qadınlara öz bədənlərini örtməyi buyurduğunu deyəndə, mənim cavabımdan güclü təəssürat aldı. O qatardan düşəndə, mənə öz təşəkkürünü bildirdi və dedi ki, mənimlə İslam haqqında danışmaq üçün daha çox vaxtın olmasını istərdi.
Bu o hadisə idi ki, hicab yaponlunu İslam haqqında danışmağa təhrik etmişdi, belə ki, yaponlular adətən dini mövzuda söhbət etmirdilər. Hicab müsəlmanların tanınması nişanı idi; bir dəfə mən kollokviuma gedirdim və düz getdiyimə əmin deyildim, hicab örtən bacılarla rastlaşanda mənim şübhələrim aradan qalxdı. Biz bir-birimizi salamladıq və görüşə birgə getdik.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this