Əli (əleyhissalam)-ın ordusu Kufədən çıxıb müharibə qızışdıranları məhv etmək üçün Bəsryə tərəf hərəkət edirdi. Ordular Ziyqar məhəlləsinə (Bəsrənin yaxınlığında) çatdıqda dinclərini almaq üçün orada dayandılar. Abdullah ibni Abbas deyir: Mən də orduda idim və Əli (əleyhissalam)-ın hüzuruna gəldikdə Həzrətin öz ayaqqabısını yamamaqla məşğul olduğunu gördüm. Həzrət mənə buyurdu: “Bu başmağın qiyməti nə qədər olar?” Dedim: “Qiyməti yoxdur.” (yəni qiymətsizdir!) Buyurdu: “And olsun Allaha, bu dəyərsiz başmaq mənim üçün hökumət və rəyasətdən daha sevimlidir. Belə ki, eləyə bilim bu hökumətlə bir haqqı dirildərək batili məhv edəm.” Sonra qalxıb camaat üçün çıxış etdi. Bu çıxışda Həzrət belə buyurdu: “And olsun Allaha, mən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm zamanında İslam qoşununun başçısı idim və onları irəliyə hərəkət etdirirdim. Beləliklə nahaq qoşunlar geri otuzduruldu. Nəhayət haqq aşkar oldu. Bu yolda heç bir zaman süstlük və zəiflik göstərib qorxmadı. Elə indinin özündə də bu hədəf uğrunda vuruşuram.”

Nəhcül-bəlağə hekayətləri…


more post like this