Soyudu ürəklər cihat demir artıq

Hanı hicab mömin baxır yazıq-yazıq
Ümid qalıb yalnız Allaha artıq
Yetiş imdada ya Muhamməd ya Əli.

Dinimiz yaralı olaqın məlhəm
Yalnız din uğrunda olaqın hərəm
İnsan var fəxrlə deyir yezidəm
Yetiş imdada ya Muhamməd ya Əli.

Azmıdır bu xalqın saxta seyidi
Oğru olan əl yuyur meyidi
Əlində Quran adı isə Mehdi
Yetiş imdada ya Muhamməd ya Əli.

Dilində şüar gəl Mehdi ağa
Əməli ürəkdə şüara qoyub qadağa
Namaz qılır yalnız dinə maraqla
Yetiş imdada ya Muhamməd ya Əli.

 

Qatil Dünya.

Bu Dünya bir sınaq imtahan yeri
Fanidir dünya yoxdur dəyəri
Sevmədən yaşa bu həyatı
İlahi sınaqa çəkir axı bizləri.

Dünya qoca dünyadır sənsə cavan
Aldanma dünyaya o sanki bir ilan
Bir gün ağladaraq bir gün güldürür
Günahı bu ilanın zəhəri san.

İnsan dünyaya ağlıyaraq gəlirsən
Pisi yaxşını dünyada secirsən
Gəldin bir gün getmək üçün
Kamil insan ol gedəndə güləsən.

Daha nə deyim bu dünyadan sənə
Torpaqı səni alır icinə
İcərək sərinlik tapdıqın suyu
Torpaqa getmədən qüsul verir sənə.

 

Hər Günün Ölümdür.

Özünlə öyünüb fəxr eyləmə sən
Bir parça ürəklə ömür sürürsən
Hər günü ölümlə bitirərək
Ölümlü dünyanı sevə bilirsən.

Çox çəkmə dünyada naleyi ahı
Bu gün varikən unudursan sabahı
Bu qoca dünyanı veribdir sənə
Sənsə inanıb sevmirsən Uca Allahı.

İnsan olubsan bir ali varlıq
Adında ləkədir əməlin fitnə fəsadlıq
Pak olardın bir mələk təki
Dərk etsəydin özünü bircə anlıq.

 

İnşallah Ardı Olacaq
http://www.muselman.ws/


more post like this