Qaraguruh gündən – günə azırdı…
Haqqı danıb, “yeni qanun” yazırdı…
O, Zəhranı qətl etməyə hazırdı –
Ya Məhəmməd, ya Fatimə, ya Əli!

***

Taxta qapı alışsada, yanmadı!
O, Zəhranın haqq olduğunu, danmadı!
Müşriklərsə, insan olub, qanmadı…
Ya Məhəmməd, ya Fatimə, ya Əli!

***

Fədək bağı qiyamətıə gələcək.
O, Zəhranın haqq olduğunu deyəcək.
Qadir Allah, öz hökmünü verəcək –
Ya Məhəmməd, ya Fatimə, ya Əli!

***

Fatiməyə “zinət” verdi mələklər…
Lay – lay qalıb, oxşayırdı küləklər…
Yer üzündə daşa döndü ürəklər –
Ya Məhəmməd, ya Fatimə, ya Əli!

***

Xanım köçdü, bilinmədi məzarı…
Cənnət oldu son mənzildə güzarı.
Müriklərin sağalmazdı azarı…
Ya Məhəmməd, ya Fatimə, ya Əli!

***

Qoy kül olsun bu dünyanın başına.
Yazılmadı “Zəhra” sözü daşına…
Qəbul eylə, ellər gəlib yasına –
Ya Məhəmməd, ya Fatimə, ya Əli!
Ya Məhəmməd, ya Fatimə, ya Əli!

24.04.2012.
Hacı Cəbrayıl Xıdırov
http://www.muselman.ws/


more post like this