Bismillahir rəhmanir rəhim

Bəşəri xilaskarın gəlişinə iman bəsləmək, yəhudilər yanında sabit olan bir məsələdir. Bu mözu ilə bağlı məlumat Tövratda və eləcə də onların mötəbər sayılan dini kitablarında mövcuddur. Qərb dünyasında bir çox müasir tədqiqatçılar yəhudilərin bu əqidəsi barədə xüsusi söhbət açmışlar. Bunlara misal olaraq Corc Rozerfordu, amerikalı senat Pol Menzilini, tədqiqatçı Qaris Halseli və s.-ni göstərə bilərik.

Yəhudi dinini tədqiq edən hər bir kəs bu əqidənin yəhudilikdə necə möhkəm bir kökə sahib olduğunu görə bilir. Yuxarıda nümunə olaraq göstərilən tədqiqatçıların əsərləri bir başa olaraq məhz bu mövzu ilə bağlıdır. Yəhudilər bu əqidədən ilham alaraq, xüsusilə son bir neçə əsr ərzində bəşəri xilaskarın gəlişinə hazırlıq məqsədilə bir sıra siyasi fəaliyyətlər həyata keçirmişlər. Bunun səbəbi yəhudilərin bu mövzu ilə bağlı əqidələrinə qayıdır. Belə ki, onların əqidəsinə əsasən, bəşəri xilaskarın zühurunun müqəddimələrinin başlanma tarixi öncədən müəyyən edilmişdir. Müqəddimə (hadisə)lərin başladığı bu tarix 1914-cü miladi ili hesab edilir. Bu dövr yəhudilərin Fələstin ərazilərinə qayıtmağa başladığı və burada öz dövlətlərini qurduqları dövrdür. Yəhudilər bu dövləti vəd olunmuş bəşəri xilaskarın zühuruna zəmin yaradan amillərdən biri hesab edirlər. Onların fikrincə onların Fələstinə qayıtmaları dünyada şərrin kökünü kəsəcək həlledici döyüşün başlanğıcıdır. Bundan sonra yer üzündə mələkutun hakimiyyəti başlayacaq və yer dönüb cənnət olacaq. Təbii ki, yəhudilərdə mövcud olan bu əqidənin təfsilatlarının nə dərəcədə doğru olub-olmamasını başqa bir mövzudur. Lakin ən azından sabit olan budur ki, bəşəri xilaskarın gəlişinə olan etiqad yəhudilərin dini irslərində dərin kökləri olan bir məsələdir. Yəhudi başçıları bu əqidənin təfsilatlarını dəyişərək, təhrif olunmuş əqidə əsasında yeni bir strateji hərəkat qurmağa nail oldular. Onlar bu strategiya əsasında öz güc və qüvvələrini birləşdirərək bəşəri xilaskarın zühuruna zəmin adı altında onu inkişaf etdirdilər.

Aydındır ki, əgər bu əqidə (bəşəri xilaskarın zühuruna etiqad) yəhudilər yanında möhkəm və dərin köklərə malik bir əqidə olmasaydı, onlar belə bir aktiv fəaliyyət ortaya çıxarmağa qadir olmazdılar. Belə bir fəaliyyət heç bir kökə malik olmayıb gözlənilmədən ortaya çıxan bir fikir əsasında yarana bilməzdi.

Xristianlar da həmçinin bu fikrin əslinə iman edirlər. Onlar İncil və Tövratda olan bir sıra ayət və müjdələrə istinadən belə bir əqidəyə (bəşəri qurtuluşa) etiqad edirlər.

İncil alimləri İsa ibn Məryəm (ə)-ın axır zamanda dünyaya qayıdacağına etiqad etməyin vacib olduğunu vurğulayırlar. Onların əqidəsinə əsasən, böyük bir ümumbəşəri inqilabda həzrəti Məsih (ə) bəşəriyyətə başçılıq edəcək. Bu inqilabdan sonra bütün yer üzündə əmin-amanlıq və salamatlıq olacaq. Necə ki, alman alimi Qus Fender “Haqq tərəzisi” adlı kitabında belə deyir. Onların fikrincə həzrəti İsa ümumdünya ədalət dövlətinin qurulması üçün qılınca və gücə əl atacaq. Bu fikir müxtəlif xristian firqələri arasında əsas aparıcı ideologiya hesab edilir.

 

İrfan Mahmud, “Alə bəşarati-ədyan bil-Məhdiyyil-İmami”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Zuhuradogru.org


more post like this