Yəhudilərin müqəddəs kitabını araşdırdıqda məlum olur ki, bu kitablarda böyük vədlə bağlı işarələr vardır. Əksər yəhudi kitablarında, o cümlədən Davudun (ə) Zəburunda uyğun məlumat-larla rastlaşırıq.

Qurani-Kərimdə buyurulur: “Həqiqətən, zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, yer üzünə saleh bəndəlәrim varis olacaqlar.” (“Ənbiya”, 105.)

Davudun (ə) Zəburunda oxuyuruq: “Pərvərdigara! Öz hakimiy-yətini bərpa et, ədalətini Məlik övladına əta buyur ki, xalqla yaxşı mühakimə aparsın, əldən düşənlərə insaf etsin… Bütün padşahlar ona müti olub, bütün millətlər xidmətində durar…” (“Əhdi-qədim”, n. 72.)

 

Həzrət İsa (ə) yerə qayıdacaqmı?

Quran və İncilin buyuruqlarına əsasən səmaya qalxmış həzrət İsa (ə) tarixin sonunda yerə enəcək.

Yuhənna İncilində deyilir: “Sizə deyirəm eşidin: Mən gedirəm və yenidən sizə doğru qayıdacağam. (“Əhdi-cədid”, Yuhanna İncili, s. 339.)

Quranda da həzrət İsanın (ə) qayıdışına işarə olunmuşdur:

1. “O (İsa) beşikdə və qoca vaxtında xalqla danışar.” (“Ali-İmran”, 46.)

Bildiyimiz kimi, həzrət İsa (ə) göyə qalxdığı vaxt onun 30 yaşı vardı. Onun qoca yaşında xalqla danışması səmadan enəcəyinə işarədir.

2. “Bütün məsihilər ölümündən qabaq ona (məsihə) iman gətirər və qiyamət günü (İsa) onlara şahid olar.” (“Nisa”, 159.)

Ayədəki “bihi” və “məvtihi” əvəzlikləri həzrət İsaya (ə) işarədir. Ayədən aydın olur ki, həzrət İsa (ə) dünyanın axırlarında səmadan nazil olacaq və xalq ona iman gətirəcək. (“Səhihi-Buxari”, c. 4, s. 143.)

3. Həqiqətən, İsa (ə) qiyamət üçün aşkar bir əlamətdir. Ona şəkk etməyin.” (“Zuxruf”, 61.)

Şiə və sünni rəvayətlərində də həzrət İsanın (ə) qayıdışına işarə olunmuşdur:

Buxari həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “İmam aranızda olduğu halda Məryəm övladı yanınıza enən zaman nə edəcəksiniz?!” (“Səhihi-Buxari”, c. 4, s. 143.)

Şeyx Səduq Məhəmməd ibn Müslim Səqəfiyə istinad edərək İmam Baqirin (ə) dilindən belə nəql edir: “Qaim (xilaskar) bizdəndir… İsa ibn Məryəm enib onun arxasında namaza duracaq”. (“Kəmalud-din”, 331.)

 

http://sualcavab.ge

 


more post like this