612. Xütbə

Quran:

«Onun hökmranlığını möhkəmləndirdik, ona hikmət və fəsahətli nitq qabiliyyəti bəxş etdik.»[1]

Hədis:

1858. Səd ibn İbrahim atasından nəql  edir: «İki dəfə minbərdən xütbə söyləyən kəs İbrahim (ə) olub. Bu rumluların Lut peyğəmbəri (ə) əsir götürdükləri vaxt olub və İbrahim (ə) onlarla müharibə edərək o Həzrəti onların əlindən almışdır.»[2]

1859. Cabir:«Allahın Peyğəmbəri (s) xütbə söyləyəndə qoşunu düşmən həmləsinin təhlükəsindən agah edən qarovul əsgər kimi gözləri qızarar, səsi ucalar və qəzəbi kükrəyərdi.»[3]

1860. Əbu Umamə:«Peyğəmbər (ə) ordu başçısını müharibəyə göndərəndə buyurardı: Xütbəni  qısa və sözünü az et.»[4]

1861. Əmmar ibn Yasir:«Allahın Peyğəmbəri (s) bizə xütbələrimizi müxtəsər söyləməyi əmr etmişdir.»[5]

1862. Cabir ibn Səmurət Səvaiyyi:«Allahın Rəsulu (s) cümə günləri moizəni çox uzatmaz, qısa sözlərlə bəyan edərdi.»[6]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Sad, ayə 20

[2] Durrul-Mənsur, c.1, səh.282

[3] Kənzul-Ummal, hədis 17974

[4] Kənzul-Ummal, hədis 18126

[5] Sunəne əbi Davud, hədis 1106

[6]Sunəne əbi Davud, hədis 1107


more post like this