610. Təvazökarlıq

Quran:

«Məgər möminlər üçün öz qəlblərini Allahı yad etməklə xuşu (təvazö) halına salmalarının vaxtı gəlib çatmamışdırmı?»[2]

Hədis

1853. «İrşadul-Qulub» kitabından:«Merac hədisində Allah-taaladan nəql olunur ki, yalnız Məni tanıyan və Mənim qarşımda xuşu edən bəndələrimin qarşısında bütün əşyalar təvazökar olarlar.»[3]

1854. İmam Əli (ə):«Təvazökarlıq dua üçün necə də gözəl köməkçidir.»[4]

1855. İmam Səccad (ə): duada buyurur: «Ey Allahım! Qane olmayan nəfsdən, doymaq bilməyən qarından, yumşaq və təvazökar olmayan qəlbdən Sənə pənah gətirirəm.»[5]

 

611. Təvəzökarların sifətləri

1856. Allahın Peyğəmbəri (s):«Təvazökar insanın dörd əlaməti var:  gizlində və aşkarda Allahdan qorxmaq, yaxşı işlər görmək, Qiyamət gününü fikirləşmək və Allahla münacat etmək.»[6]

1857. İmam Əli (ə):«Qəlbi xuşu halında olanın bədən üzvləri də xuşu halında olar.»[7]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1]Xuşu – qəlbin özünə məxsus bir halıdır. Allahdan başqa qəlbdən hər şeyi çıxartmaqla yaranan nurani-ruhani bir haldır.

[2] Hədid, ayə 16

[3] İrşadul-Qulub, səh.203

[4] Ğurərul-Hikəm, hədis 9945

[5] İqbalul-Əmal, c.1, səh.174

[6] Tuhəful-Uqul, səh.20

[7] Ğürərul-Hikəm, hədis 8172


more post like this