Sual: 91. Xümsü kimə verməliyik?

Cavab: İmam (r): Öz mərceye təqlidinə (təqlid etdiyi müctəhidə) və ya onunla məsrəfdə kəmiyyət və keyfiyət baxımından eyni nəzərdə olan müctəhidə ödəməlidir. Eyni zamanda mərce təqlidinin icazə verdiyi yerlərə sərf edə bilər.

Xamenei: Gərək xümsü müsəlmanların vəliyyi əmrinə (rəhbərinə) ya da onun vəkilinə versin. Əgər öz mərce təqlidinin fitvasına əməl etsə də, vəzifəsi boynundan götürülər.

Fazil, Nuri, Məkarim, Behcət və Vəhid: İmamın (ə) payını öz mərce təqlidinə, ya da onunla məsrəfdə kəmiyyət və keyfiyyət baxımından eyni nəzərdə olan müctəhidə verməlidir. Eyni zamanda mərceye təqlidinin icazə verdiyi yerlərə sərf edə bilər. Seyidlərin payını isə vacib ehtiyata əsasən öz mərceye təqlidinə, ya da onun icazəsi ilə seyidlərə verməlidir.

Təbrizi: İmamın (ə) səhmini öz mərceye təqlidinə və ya onun icazə verdiyi yerlərə çatdırmalıdır. Əgər başqa müctəhidə vermək istəsə vacib ehtiyata əsasən öz mərceye təqlidindən icazə almalıdır. Seyidlərin payını isə onların özünə vermək olar.

Sistani: İmamın (ə) səhmini öz mərceye təqlidinə və ya onun icazə verdiyi yerlərə çatdırmalıdır. Vacib ehtiyata əsasən o ələm və bütün cəhətlərdən agah mərce olmalıdır. Seyidlərin səhmini isə onların özünə vermək olar.

Safi: İmamın (ə) səhmini öz mərceye təqlidinə və ya məsrəfdə kəmiyyət və keyfiyyət cəhətdən onunla eyni nəzərdə olan müctəhidə verməlidir. Eyni zamanda mərceye təqlidinin icazə verdiyi yerlərə sərf edə bilər. Seyidlərin payını onların özünə vermək olar.

Qeyd: Xüms iki hissəyə bölünür. Onun yarısı imamın (ə) səhmi, yarısı isə seyidlərin səhmidir. Böyük ayətullahlar Sistani, Təbrizi və Safi seyidlərin səhmini ödəməkdə müctəhid icazəsini lazım bilmirlər.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this