Sual: 114. Sabit maaş alan (məsələn, işçi və fəhlə) və xümsü verilmiş pul ilə dolanışıq xərclərini təmin edən şəxslər dolanışığa xərclədikləri məbləği sonrakı ayların maaşından çıxıb, ilin sonunda artıq qalan miqdarın xümsünü verə bilərlərmi?

Cavab: Misal üçün 100 000 manat xümsü verilmiş pul dolanışığa xərclənir. Eyni zamanda 120 000 manat yeni maaş alınır. Xüms ili tamamlandıqda yalnız 20 000 manatın xümsünü ödəməyə icazə verilirmi?

İmam (r), Məkarim, Safi və Xamenei: Xeyr. Xərclənən məbləği sonrakı maaşlardan çıxmaq olmaz. Qeyd olunmuş halda 120 000 manatın xümsü verilməlidir.

Sistani, Behcət, Fazil və Nuri: Bəli. Xərclənən məbləği sonrakı ayların maaşından çıxmaq olar. Qeyd olunmuş halda, yalnız 20 000 manatın xümsünü ödəməyə icazə verilir.

Vəhid və Təbrizi: Xümsü verilmiş pulu xərclənməmişdən öncə maaşını alarsa və sonra xümsü verilmiş pulu xərcləyərsə xərclədiyi məbləği aldığı maaşdan çıxa bilər. Lakin xümsü verilmiş pulu dolanışığına xərclədikdən sonra maaşını alarsa bu xərcləri aldığı maaşdan çıxa bilməz.

Sual: 115. Xüms ilinin sonunda bir miqdar ərzaq (məsələn 20 kq dügü 3 paket yağ və bir qutu çay) artıq qalır və xümsü verilir. Sonra bu şeylər il ərzində sərf olunur və yenidən bir miqdar ərzaq (məsələn, 50 kq dügü, beş qutu yağ və üç qutu çay) alınır. Bu ərzaqın az bir hissəsi istifadə olunur. Əgər xüms ilinin sonunda 30 kq dügü, 4 qutu yağ və iki qutu çay qalarsa, nə qədər xüms verilməlidir? Artıq qalmış bütün ərzaqa xüms düşürmü? Yoxsa keçən ildən qalmış ərzaq (xümsü verilmiş ərzaq) bu ərzaqlardan çıxılmalı və yalnız 10 kq düyü, bir qutu yağ və bir qutu çayın xümsü verilməlidir?

Cavab: İmam (r), Məkarim, Təbrizi, Safi və Xamenei: Keçən ildən artıq qalmış bütün ərzaqın xümsü verilməlidir. Xümsü verilmiş ərzaqı bu ilki artıq qalan ərzaqdan çıxmaq olmaz. Beləliklə, qeyd olunmuş halda 30 kq dügü, 4 qutu yağ və 2 qutu çayın xümsü verilməlidir.

Sistani, Behcət, Fazil və Nuri: Xümsü verilmiş ərzaqı bu il artıq qalmış ərzaqdan çıxa bilər. Qeyd olunmuş halda yalnız 10 kq dügü, bir qutu yağ və bir qutu çayın xümsü verilməlidir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this