Sual: 125. Xümsü verilməmiş maldan istifadə etmək olarmı?

Cavab: (Təbrizi və Vəhiddən başqa) Bütün müctəhidlərin rəyi: Xeyir. Üzərinə xüms gəlmiş malın xümsü verilməyənədək şəri hakimin icazəsi olmadan ondan istifadə etmək olmaz. Baxmayaraq ki, xümsü vermək məqsədi olsun.

Təbrizi: Əgər xüms vermək məqsədi olmasa, üzərinə xüms gəlmiş maldan şəri hakimin icazəsi olmadan istifadə etmək olmaz. Əgər xüms vermək məqsədi olarsa, vacib ehtiyata əsasən bu maldan istifadə etmək olmaz.

Vəhid: Xeyir. Xümsü verilməyənədək üzərinə xüms gəlmiş maldan şəri hakimin icazəsi olmadan istifadə etmək olmaz. Baxmayaraq ki, xümsü vermək məqsədi olsun! Malının xümsünü verməmiş şəxs onu, xümsünü vermək üçün satmağa və öz payından istifadə etməyə ixtiyarlıdır.

Sual: 126. Bir şəxs üzərinə xüms gəlmiş mallardan istifadə etmək üçün xümsü öhdəsinə götürüb xüms əhlinə borclu qala bilərmi?

Cavab: Bütün müctəhidlərin rəyi: Xeyr. Müctəhidin (ya da onun nümayəndəsinin) icazəsi olmadan və ya ona ödəyib sonradan borc götürmək yolundan istifadə etmədən bu maldan istifadə etməyə icazə verilmir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this