Sual: 127. Xüms verməyən ailə ilə gəl-get etməyin hökmü nədir?

Cavab: (Sistani, Təbrizi və Vəhiddən başqa) Bütün müctəhidlərin rəyi: Bu şəxslərlə gəl-get etməyin eybi yoxdur. Əgər yeməklərinə xüms düşdüyünü yəqin etməzsə yemək yeməyə də icazə verilir. Təsirli olacağını ehtimal verərsə, onları düz yola dəvət etsin.

Sistani və Təbrizi: Onlarla ünsiyyət saxlamağın eybi yoxdur və yeməklərindən istifadə edə bilər, əgər təsirli olacağını ehtimal verərsə, onları düzgün yola dəvət etsin.

Vəhid: Onlarla ünsiyyət saxlamağın eybi yoxdur. Əgər yeməklərinə xüms düşdüyünü yəqin etməsə və şəkki olarsa vacib ehtiyata əsasən bu yeməklərdən istifadə etməyə icazə verilmir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this