Sual: 132. Atam dünyadan gedib. Onun əmlakının xümsünü vermədiyini bilirəm. Mənim vəzifəm nədir?

Cavab: (Vəhid, Təbrizi və Sistanidən başqa) Bütün müctəhidlərin rəyi: Onun xümsünü verməlisiniz. Lakin ölmüş şəxsin xüms verməyə əqidəsi olmasa (qeyri şiə məzhəb və dinlərin ardıcılları kimi) bu işə ehtiyac yoxdur.

Təbrizi: Onun xümsünü vermək vacib deyil.

Sistani: Onun xümsünü verməlidir. Amma ölmüş şəxsin xüms verməyə əqidəsi olmayıbsa (qeyri şiə məzhəb və dinlərin ardıcılları kimi) və ya xüms vermirmişsə (bəzi şiələr kimi) onun əmlakının xümsünü vermək vacib deyil.

Vəhid: Onun xümsünü şəri hakimin icazəsi ilə verməlisiniz. Amma ölmüş şəxsin xüms verməyə əqidəsi olmayıbsa (qeyri şiə məzhəb və dinlərin ardıcılları kimi) onun xümsünü vermək vacib deyil.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this