Sual: 93. Xümsü mədəniyyət işlərinə və elmi müəssisələrin və məktəblərin təmirinə sərf etmək olarmı?

Cavab: Bütün müctəhidlərin rəyi: Şəri hakimin icazəsinə uyğun sərf olunmalıdır.

Sual: 94. Kişi öhdəsində olan xərclərin ödənməsi üçün seyid zövcəsinə və övladlarına (məsələn yemək və geyim üçün) seyid payından verə bilərmi?

Cavab: (Məkarim, Xamenei və Vəhiddən başqa) Bütün müctəhidlərin rəyi: Vacib ehtiyata əsasən icazə verilmir.

Məkarim, Xamenei və Vəhid: Xeyir, icazə verilmir.

Sual: 95. Kişi öz seyid zövcəsi və övladlarına onun öhdəsində olmayan xərclərinə sərf etmələri üçün seyid payından verə bilərmi?

Cavab: İmam (r) və Xamenei: Şəri hakimin icazəsi olmadan icazə verilmir.

Behcət, Fazil, Məkarim, Nuri və Vəhid: İmamın (ə) payını şəri hakimin icazəsi olmadan verməyə icazə yoxdur. Seyidlərin payını isə vacib ehtiyata əsasən şəri hakimin icazəsi ilə verməlidir.

Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar. Lakin imamın (ə) payı şəri hakimin icazəsi ilə verilməlidir.

Sual: 96. Seyid ata övladının təhsil xərclərini xümsdən ödəyə bilərmi?

Cavab: İmam (r) və Xamenei: Şəri hakimin icazəsi olmadan icazə yoxdur.

Behcət, Fazil, Məkarim, Nuri və Vəhid: İmamın (ə) payını şəri hakimin icazəsi olmadan verməyə icazə yoxdur. Seyidlərin payı isə vacib ehtiyata əsasən şəri hakimin icazəsi ilə verilməlidir.

Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar; lakin imamın (ə) payı şəri hakimin icazəsi ilə verilməlidir.

Qeyd: Təhsil xərcləri dolanışıq və vacib xərclərdən deyil.

Sual: 97. Xümsü ehtiyaclı seyid tələbəyə verə bilərikmi?

Cavab: İmam (r) və Xamenei: Şəri hakimin icazəsi olmadan bu işə icazə yoxdur.

Fazil, Nuri, Məkarim, Behcət və Vəhid: İmamın payını şəri hakimin icazəsi olmadan vermək olmaz. Seyidlərin payı isə

vacib ehtiyata əsasən şəri hakimin icazəsilə verilməlidir.

Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar. Lakin imamın (ə) payı şəri hakimin icazəsi ilə verilməlidir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this