Sual: 122. İl tamamlanmadan öncə öz əmlakını xümsdən qaçmaq məqsədi ilə həyat yoldaşına bağışlayır; xüms ili tamamlandıqdan sonra isə o yenidən həmin pulu ərinə bağışlayır. Bu işə icazə verilirmi?

Cavab: (Məkarimdən başqa) Bütün müctəhidlərin rəyi: Xeyr. Gərək ilin sonunda onun xümsünü versin.

Məkarim: Vacib ehtiyata əsasən ilin sonunda onun xümsünü verməlidir.

Sual: 123. Bir şəxs il tamamlanmamışdan öncə əmlakının bir hissəsini üzərinə xüms gəlməməsi üçün öz həyat yoldaşına bağışlayır. Bu işə icazə verilirmi?

Cavab: Bütün müctəhidlərin rəyi: Əgər həqiqətən bağışlayarsa və bu məbləğ onun şəninə uyğun olarsa icazə verilir və xümsü yoxdur.

Sual: 124. Bir şəxs həyat yoldaşına borclu olduğu mehriyyəni (üzərinə xüms düşməməsi üçün) ilin gəlirindən ona verə bilərmi?

Cavab: Bütün müctəhidlərin rəyi: Bəli, verə bilər.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this