Xüms ilinin başlanğıcı

Sual: 105. Xüms ili hansı vaxtda başlamalıdır?

Cavab: İmam (r), Xamenei, Fazil, Behcət və Safi: Gündəlik tədrici qazanc əldə edən (məsələn, tacir) şəxslərin işə başladıqları vaxt, fəhlə və işçilərin birinci maaşlarını aldıqları vaxt, əkinçi və onun kimilərin isə birinci məhsullarını əldə etdikləri zaman onlar üçün xüms ilinin başlanğıcıdır. Əgər bu qazanclar ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.

Məkarim, Nuri və Təbrizi: Hər bir şəxsin birinci qazancı onun xüms ilinin başlanğıcıdır. Əgər bu qazanc ilin gəlirindən artıq qalarsa, xümsü verilməlidir.

Sistani və Vəhid: Hər bir kəsin işə başladığı gün onun xüms ilinin başlanğıcıdır. Əgər onun qazancı ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.

Sual: 106. İl ərzində bir dəfə təsadüfən müamilə edən şəxsin xüms ili nə vaxt başlanır?

Cavab: Bütün müctəhidlərin rəyi: İşi, sənəti olmayan və təsadüfən müamilə edən şəxsin qazanc əldə etdiyi gün onun xüms ilinin başlanğıcıdır. Əgər onun qazancı ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this