Mən səni görürəm. Demək olar ki, gördüyüm bütün qadınlar ya qucağında uşaq gəzdirir, ya da ki, ətrafında uşaqlar var. Onların sadə geyinmələrinə baxmayaraq gözəllikləri ətrafa işıq saçır. Ancaq bu gözəllik tək xarici gözəllik deyildir.

Daxilimdə qəribə duyğular hiss edirdim: Bu paxıllıq hissi idi. Mən Livan xalqının çəkdiyi bu dəhşətli əzablara və müharibə cinayətlərinə görə çox təəssüflənirəm, özüdə ki, bütün bunlar bizim eyni düşmənimiz tərəfindən edilib.

Mən sizin gücünüzə, gözəlliyinizə, sadəliyinizə və ən çoxu da xoşbəxtliyinizə heyran qalıram. Bəli bu qəribədir, daimi bombarduman altında olmanıza baxmayaraq belə siz bizdən daha xoşbəxt görünürsünüz, çünki siz hələ də əsil qadın kimi yaşayırsınız. Əvvəldən bəri əsil qadınlar yaşayan kimi. 1960-cı illərə kimi Qərbdə də

” Mən sizin gücünüzə, gözəlliyinizə, sadəliyinizə və ən çoxu da xoşbəxtliyinizə heyran qalıram. “

bu cür idi. Ancaq sonradan biz də eyni düşmən tərəfindən bombardumana məruz qaldıq. Ancaq biz həqiqi bombalar ilə bombalanmaqdıq, bizə hiss edilməyən hiylə və mənəvi pozğunluq vasitəsilə hücum etdilər.

Onlar bizi Amerika istehsalı olan hərbi təyyarələr ilə deyil, tanklar ilə deyil, aldatma və şirnikləndirmə yolu ilə Hollivuddan bombarduman etdilər. Onlar ölkənizin infrastrukturunu dağıtdıqdan sonra sizi də bu cür bombalamaq istəyəcəklər.

Mən bunların sizin başınıza gəlməsini istəmirəm. Siz özünüzü alçaldılmış hiss edəcəksiniz, necə ki, biz indi özümüzü belə hiss edirik. Əgər bu cür mənəvi pozğunluqdan əziyyət çəkmiş bizləri dinləsəniz, bu zaman siz bu fəlakətlərdən canınızı qurtara bilərsiniz. Çünki Hollivuddan gələn hər bir şey yalan, həqiqətin təhrifi və hava həvəsdən başqa bir şey deyil. Onlar öz zəhərli proqramlarını cəmiyyətə tətbiq etmək və mənəviyyatı məhv etmək üçün cinsi münasibətlərin zərərsiz bir şey olduğunu sizə təqdim edəcəklər. Mən sizə onların bu zəhərlərini içməməyi yalvarıram.

” Onlar bizi Amerika istehsalı olan hərbi təyyarələr ilə deyil, tanklar ilə deyil, aldatma və şirnikləndirmə yolu ilə Hollivuddan bombarduman etdilər. “

Bir dəfə bunun dadına baxsanız sonra ayrılmaq çətin olacaq. Siz qismən düzələ bilərsiniz, ancaq bir də əvəllki kimi olmayacaqsız. Yaxşısı budur ki, bu zədəli vərdişdən müalicə olunmaqdansa bunu heç etməyin. Onlar öz musiqi və kinoları ilə, əxlaqsız qadın kimi geyinməyi fəxr hesab edən və ailəsi olmadan özünü razı hesab edən biz Amerikan qadınlarını xoşbəxt və bəxtəvər göstərməklə sizi həvəsləndirərək aldatmaq istəyəcəklər.

İnan ki, bizlərdən əksəriyyəti xoşbəxt deyil. Milyonlarla mənim kimi qadın depressiyadan müalicə olunur, öz işimizə nifrət edirik və gecələr bizi sevdiyini deyən, ancaq həqiqətdə bizdən əşya kimi istifadə edərək sonra bizi tərk edib gedən kişilər üçün ağlayırıq.

Onlar sizin ailələrinizi dağıtmağa və daha az övlada sahib olamağınıza çalışacaqlar. Onlar evlilyi köləlik kimi, analığı dözülməz bir əziyyət və sadə və əxlaqlı olmağı isə gerilik kimi təqdim edəcəklər. Onlar sizi alçaltmaqla iman və əxlaqınızı əlinizdən almağa çalışacaqlar. Onlar səni müxtəlif hiylələr ilə yoldan çıxartmağa çalışacaqlar. Ancaq onlara inanma. Özünə dəyər ver. Sən qızıldan,

” Hollivuddan gələn hər bir şey yalan, həqiqətin təhrifi və hava həvəsdən başqa bir şey deyil. Onlar öz zəhərli proqramlarını cəmiyyətə tətbiq etmək və mənəviyyatı məhv etmək üçün cinsi münasibətlərin zərərsiz bir şey olduğunu sizə təqdim edəcəklər. Mən sizə onların bu zəhərlərini içməməyi yalvarıram. “

almazdan, briliantdan daha dəyərlisən.

Biz çox dəyərliyik, ancaq onlar bizi dəyərsiz olduğumuza inandırmağa çalışacaqlar. Qərbdən gələn dəbin məqsədi budur ki, sənə göstərsin ki, sənin ən dəyərli keyfiyyətin sənin cazibədarlığındır. Ancaq sənin geydiyin geyim və baş örtüyün Qərb dəbindən daha gözəl və sadədir. O səni şəhvani gözlərdən qoruyur və sənə güvən və rahatlıq bəxş edir.

Qadının cazibədarlığı yad gözlərdən qorunmalıdır və bu yalnız səni sevən və sənə hörmət edən və səninlə ailə quran kişiyə məxsus olmalıdır. Bizim kişilər daha paklığa, sadəliyə üstünlük vermirlər. Onlar bizim kimi dəyərli briliyantları kənara qoyaraq saxta cah-cəlala üstünlük verirlər. Ancaq sonda onu da tərk edirlər.

Sizin ən dəyərli keyfiyyətiniz sizin daxili paklığınız, məsumluğunuz və sizi əsl qadın edən ali dəyərlərinizdir. Ancaq mən görürəm ki, artıq bəzi müsəlman qadınlar həddi keçərək Qərbə oxşamağa çalışırlar. Axı niyə artıq peşman olmuş və yaxud tezliklə peşman olacaq bir qadına bənzəmək istiyəsən? Sən zədələnməmiş cah cəlalsan. Qoyma onlar səni əldən ələ ötürərək zədələsinlər.

Çünki sənin moda jurnallarında və Qərb televiziyasında gördüklərin yalnız aldatmacadır. Bu şeytanın tələsidir. Mən sənə kiçik sirləriki açacam. Evli olmadan yad kişilər ilə yaxınlıq etmək çox təhlükəlidir. Biz özümüzü sevdiyimiz insanlara həsr edirdik inanaraq ki, onlar bizimlə evlənəcək.

” Onlar öz musiqi və kinoları ilə, əxlaqsız qadın kimi geyinməyi fəxr hesab edən və ailəsi olmadan özünü razı hesab edən biz Amerikan qadınlarını xoşbəxt və bəxtəvər göstərməklə sizi həvəsləndirərək aldatmaq istəyəcəklər. “

Ancaq onlar sadəcə bizdən istifadə edərək dərhal başqasının yanına gedir və bizi gözü yaşlı və paklığımızı itirmiş halda tərk edir. Bir qadın kimi inanıram ki, sən məni çox yaxşı başa düşürsən və halımı hiss edirsən. Çünki təkcə qadın digər qadının qəlbində olanları duya bilər.

İrqin, dinin, miliyyətin bizim üçün fərqi yoxdur, Qadın qəlbi hər yerdə eynidir. Biz sevirik. Bizim edə biləcəyimiz ən yaxşı şey budur. Biz ailələrimizin qeydinə qalırıq və sevdiyimiz insana güc və rahatlıq bəxş edirik. Ancaq biz Amerikalı qadınlara kariyera qurmaq, şəxsi evimizin olması – bir haldaki bu evdə yalqız qalacağıq və sevgimizi istədiyimiz şəxsə verməkdə azad olmağımızı xoşbəxtlik kimi təqdim ediblər.

Bizə xoşbəxtliyin yolun bu cür izah ediblər. Ancaq bu azadlıq deyil. Bu sevgi deyil. Yalnız evlilik çərçivəsində qadının bədəni və qəlbi sevmək üçün təhlükəsiz ola bilər.

Biz Qərbli qadınlar həmişə fikirləşirdik ki, siz Müsəlman qadınlar təcavüzə və zülmə məruz qalırsız. Ancaq həqiqətdə zülmə və təcavüzə məruz qalan bizik. Bizim açıq-saçıq geyinməyimiz üçün min bir hiylədən istifadə edirlər, bizə bunun adi bir şey olduğunu göstərirlər. Buna nail olduqdan sonra isə bizi müxtəlif yollarla aldadaraq paklığımızı əlimizdən alırlar və

” Qadının cazibədarlığı yad gözlərdən qorunmalıdır və bu yalnız səni sevən və sənə hörmət edən və səninlə ailə quran kişiyə məxsus olmalıdır. “

bizi istifadə edilmiş əşya kimi bir kənara atırlar və bizimlə bir dəfə də olsun maraqlanmırlar.

Bax budur qərb dəyərləri. Onlar indi sizlərdən bu cür istifadə etmək istəyirlər. Müxtəlif kinolar və tele seriallar nümayiş etdirməklə açıq-saçıq geyinməyin, evli ola-ola digər kişilərlə münasibətdə olmağın adi bir şey olduğunu sizə qəbul elətdirmək istəyirlər. Bunlara aldanmayın. Bunlar hamısı şeytanın tələsidir. Öz paklığınızın, geyiminizin, örtülü olmağınızın qədrini bilin. Yoxsa bizim kimi peşman olanlardan olarsız.

Biz gizlində sizlərə paxıllıq edirik. Xahiş edirəm bizə yuxarıdan aşağı baxmayın və bizi əxlaqsız qadınlar hesab etməyin. Bu bizim günahımız deyil. Bizlərdən çoxsunun bizi qoruyacaq atamız yoxdur, çünki ailəmiz çoxdan dağılıb və sən bütün bunların arxasında kimlərin və nəyin olduğunu bilirsən.

Mənim bacım, çalış aldanmayasan. Biz xristian qadınlar əsl qadın həyatının necə olduğunu görmək istəyirik. Biz sizləri özümüz üçün nümunə qərar vermək istəyirik, çünki biz azmışıq. Öz paklığını və məsumluğunu qoru.

Mən ümid edirəm ki, sən bu sözlərimi dostluq, hörmət və səmimiyyət ilə qəbul etdin.

Hörmətlə Sənin Xristian Bacın.

http://qafqaz.ir/az


more post like this