Bismilləhir-Rahmənir-Rahim!

Xaliqə, məxluqa əzizdən əziz,

Xilqətin pakları – Əli (ə), Fatimə (s.ə).

Suları qarışmaz iki saf dəniz,

Xilqətin pakları – Əli (ə), Fatimə (s.ə).

 

Əli (ə) – ərlər əri, Allahın Şiri,

Fatimə (s.ə) – cənnətdə dördlükdən biri.

Sevgisi vəd edən əbədi xeyri

Xilqətin pakları – Əli (ə), Fatimə (s.ə).

 

Fatimə (s.ə) – Əliyə (ə) Allahın payı,

Əli (ə) – Fatimənin (s.ə) yeganə tayı.

Vilayət ərşinin Günəşi, Ayı

Xilqətin pakları – Əli (ə), Fatimə (s.ə).

 

Əlidir (ə) qapısı elmin şəhrinin,

Fatimə (s.ə) – xanımı hər iki dəhrin.

Gövhəri, incisi Yer adlı nəhrin

Xilqətin pakları – Əli (ə), Fatimə (s.ə).

 

Fatimə (s.ə) – Nəbiyə (s) verilən Kövsər,

Əlidir (ə) təqvalı kimsəyə rəhbər.

Zalımın düşməni, məzluma sərvər

Xilqətin pakları – Əli (ə), Fatimə (s.ə).

 

Sahibi-Zamana (ə.f) salamlar olsun!

Tez gəlsin, dünyamız ədliylə dolsun!

İzdivac gününüz mübarək olsun!

Xilqətin pakları – Əli (ə), Fatimə (s.ə)!

 

Zeynəb Zeynalabdiyeva

 

 

 

 

 

 

 

Qadinlar.biz

 

 

 


more post like this