603. Xidmət etmək

1838. Allahın Peyğəmbəri (s):«Bir dəstə müsəlmana xidmət edən hər müsəlmana Allah-taala Cənnətdə onların sayı qədər xidmətçi verər.»[1]

1839. Allahın Peyğəmbəri (s):«Möminin mömin qardaşına xidmət etməyi elə bir məqamdır ki, fəzilət və savabı onun mislindən (yəni, qarşılıqlı xidmətindən) başqa heç bir şeylə əldə olunmaz.»[2]

1840. İmam Sadiq (ə):«Möminlər bir-birinin xidmətçiləridir.» (Cəmil deyir) Ərz etdim:«Necə bir-birlərinin xidmətçiləri olurlar?» Buyurdu:«Bir-birilərinə xeyir verirlər.»[3]

1841. İmam Sadiq (ə):«Qardaşına xidmət et! Amma əgər səni məcburi xidmətə və biyara götürsə, ona xidmət etmə.»[4]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] əl-Kafi, c.2, səh.207, hədis1

[2] Müstədrikul-Vəsail, c.12, səh.429, hədis14524

[3] əl-Kafi, c.2, səh.167, hədis9

[4] əl-İxtisas, səh.243


more post like this