Xanım Zəhra ( s.ə ) haqda gözəl bir şer
Ya Fatimə sənə qurbandı canım ,
Allaha əzizsən ismətli xanım .
O qədər əzizsən bütün cahanı ,
Sənə xatir etdi inşa Zəhra .

Siz olmasaydız aləm olmazdı ,
Həvva olmazdı Adəm olmazdı.
Siz Əhli-Beytə eyləyibdi əta,
Nurundan Haqqu-Təala Zəhra .

Sən idin səadəti Peyqəmbərin , ( ə )
Sən qızıydın Həzrəti Peyqəmbərin .
Baxdı nurlu gözlərlə gözlərinə ,
Sən anamsan dedi Mövla Zəhra .

Sən idin onun tükənməz ümidi ,
Ali sevdayla sənə bağlı idi .
Mən heç vaxt inanmaram ki sığışa ,
Iki dünyaya o sevda Zəhra .

Tanri nurundan əta etdi sənə ,
Etdi imdan dili Zəhra deyənə .
Səni pak pakizə xəlq etdi Xuda ,
Var bunun özündə məna Zəhra .

Hüseyin ( ə ) və 72 şühəda ,
Canların İslama etdilər fəda .
İmam Hüseyin ( ə ) şəhadəti ilə ,
Müqəddəs oldu Kərbəla Zəhra .

Ismin Allahdan ətadır ,
Bu ismi verən Xudadır .
Sənə canımda fədadır ,
Ya Zəhra , ya Zəhra .

Qalmışıq biz yenə sənsiz ,
Gözlər ağlar sənə sənsiz .
Nə gərəkdir bizə sənsiz
Axı dünya Zəhra .

Qəlbinin parçasıdır Hüseyni ( ə ) sən ,
Dünyaya mərd gətirdin onları sən .
Onların şəninə söz söyləməyə ,
Azdı bu bir neçə misra Zəhra .

Düşman xəyanət edib şükr elədi ,
Həsən ( ə ) Allaha yenə şükr elədi .
İmam Həsən ( ə ) zəhəri içməklə ,
Allah əmrin etdi icra Zəhra .

Bətnində ölən körpənin qisası ,
Qalıbdı Məhşərə ey dərd anası .
Alınar Qiyamətdə intiqamın ,
Yerdə qalmaz haqqın əsla Zəhra .

Kərbəla müsibəti üzdü hamın ,
Alarsan Hüseynin ( ə ) intiqamın .
Hüseynə ( ə ) kim qıyıbdı lənət ona ,
Edər əhli məhşər hətta Zəhra .

Əliyə ( ə ) sən idin hər şeydən əziz ,
Yaşadız əbədiyyət sevgisi siz .
Sənki dünyanı cavan tərk elədin ,
Qaldı sənsiz Əli ( ə ) tənha Zəhra .

Əlinin dərd sarımışdı bədənin ,
Gəldi bir gün məzarın üstə sənin .
Əllərin ( ə ) qoydu qəbrin üstə dedi :
Dözmürəm mən daha Zəhra , Zəhra .
http://www.muselman.ws/

 


more post like this