“FATİMƏ OLMASAYDI SİZİ YARATMAZDIM!”

Həzrət Fatimə (salamullahi ələyha) elə bir həssas va mühüm zamanda dünyaya gəlir ki, yaşadığı mühitdə iki əsas vəziyyət müşahidə olunur. Əvvəla, böyük atası İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) aləmlərə rəhmət ünvanı ilə artıq beş il idi ki, Allah-taala tərfindən peyğəmbərliyə seçilmiş və bütün çətinliklərə baxmayaraq öz peyğəmbərlik vəzifəsini kamil şəkildə yerinə yetirməklə məşğul idi. İkinci vəziyyət, doğulduğu cəmiyyətdə qadına olan baxış və qadın hüququnun son dərəcə aşağı səviyyədə olması və elə bir halət ki, qız uşaqlarnı diri-diri torpağa basdırmaq adi bir hala çevrilmiş idi. Yəni, tarixçilər arasında məşhur nəzəriyyəyə əsasən, həzrət Fatimə (salamullahi ələyha) İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) peyğəmbərliyə seçilməsindən beş il sonra miladi ili ilə 615-ci ildə, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) Merac ilində dünyaya gəlmişdir. (Kuleyni, Usul-kafi, 1-ci cild, səh-571) Fatimənin (salamullahi ələyha) pak vücudu ana bətnində, atasının qırx günlük məxsus ibadəti və Behiştdən məxsus gətirilmiş meyvənin təsirindən bəhrələnmişdir. (Mühibəddin Təbəri, Zəxairil-uqba, səh-36)
Fatimənin (salamullahi ələyha) fəziləti haqqında tarixçilər haqqında tanınmış hədis, o kamil Məsumənin Allah-taala dərgahında hansı məqama malik olmasına aşkar bir işarədir. Hədisi-Qüdsüdə Allah-taala İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alehi və səlləm) buyurur: “Ya Məhəmməd! Əgər sən olmasaydın, aləmi xəlq etməzdim!” Əgər Əli olmasaydı, səni xəlq etməzdim! Əgər Fatimə olmasaydı, sizin ikinizi də xəlq etməzdim!” (Şeyx Məhəmməd Fazil Məsudi, Əsrarul-Fatimiyyə, səh-231; Şeyx Əbbas Qumi, Səfinətul-Bihar və mədinətul-hikəm vəl-asar, “xəlq” və “fətəmə” kəlməsi səh-13; Mir Cahani, Kitabul-cənnətul-asimə, səh-148) Hədisin dərin və hikmətli mənaya malik olduğu üçün bəziləri dərkində aciz qalır amma, az bir izahla Fatimənin (salamullahi ələyha) nə qədər yüksək bir fəzilət sahibi olması aydınlaşır.
Qeyd olunana hədisdə üç əzəmətli şəxsiyyətin bir-birinə bağlılığı və Allah-taala dərgahında nə qədər əhəmiyyətə və məqama malik olmaları aydın şəkildə nəzərə çarpır. Allah-taala, insanı bəndəçilik məqamına çatdırmaqla kamala çatmağa dəvət edir və Quranda buyurur: “Mən cinləri və insanları yalnız, Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat surəsi, 56) Yəni, insan təkcə zahiri ibadətlə yox, bütün batini nəfsə bağlılıqlarından azad olmaqla və təkcə Allah-taalaya bəndəçiliklə kamala çata bilər. Bu hədəfə yetişmək isə yalnız, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) hidayəti yəni, gətirdiyi din, əməl, söz və qununları ilə həyata keçə bilər. Ona görə də hədis Qüdsünün əvvəlində Allah-taala buyurur: “Ya Məhəmməd! Əgər sən olmasaydın aləmi xəlq etməzdim!”
Hədisin ardında, Allah-taala əmirəl-möminin Əlinin (əleyhissalam) və Fatimənin (salamullahi ələyha) adını qeyd edir. Əvvəla, diqqət etmək lazımdır ki, hədisdə əmirəl-möminin Əlinin (əleyhissalam) və Fatimənin (salamullahi ələyha) mübarək adlarının İslam Peyğəmbərinin (sa) mübarək adından sonra gətirilməsi o mənada deyil ki, onların məqamları İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) əzəmətli məqamından üstündür. Əksinə, onların özlərinin iqrarına görə hər ikisi, İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alehi və səlləm) və Onun hədəfinin yolunda fədadırlar. Necə ki, əmirəl-möminin Əli (əleyhissalam) hədislərdən birində buyurur: “Mən Peyğəmbərin (səlləllahu ələyhi və alehi və səlləm) qullarının quluyam!” (Kuleyni, Usul-Kafi, 1-ci cild, səh-89, babul-kovnu vəl-məkan). Məsələ budur ki, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) yaranışının son və əsl hədəfi insanların hidayətidir və əgər O Həzrətin müqəddəs vücudundan sonra “vilayət və imamət” məsələsi olmazsa, (əslində) bu hidayət davam etməz. Ona görə də hədisin davamında Allah-taala buyurur: “Əgər Əli olmasaydı, səni xəlq etməzdim!”.
Nəhayət, imamət və vilayət Qiyamətə qədər Fatimeyi-Zəhranın (salamullahi ələyha) pak vücudu ilə davam edir. Çünki, Onun mübarək vücudu əslində, peyğəmbərlik və imamət (və vilayət) ağacının Qiyamətə qədər daimi olub, insanların Allah-taalanın yoluna hidayət olmasının zaminidir. Həqiqətdə, Fatimənin (salamullahi ələyha) pak vücudu olmasa, peyğəmbərlik və vilayətin (imamətin) pak ağacının meyvələri də olmazdı. O səbəbdən, Allah-taala hədis Qüdsünün sonunda buyurur: “Əgər Fatimə olmasaydı, sizin ikinizi xəlq etməzdim!”
Fatimə (salamullahi ələyha) on bir kamil və pak məsum İmamların (əleyhimussalam) anasıdır və onun nurani vücudu pak və müqəddəs Məsumların nuraniyyət mərkəzidir. Fatimənin (salamullahi ələyha) Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) kimi atası, əmirəl-mömin kimi həyat yoldaşı və Qiyamətə qdər bütün bəşəriyyətə nümunə olan pak və məsum övladları var. Necə ki, hədis Kisada oxuyuruq: “Onlar (əbanın altındakılar) Fatimə, Atası, həyat yoldaşı və övladlarıdır! (imam Həsən və Hüseyn (əleyhimuassalam)” Diqqət olunsa, görərik ki, Hədisdə Fatimə (salamullahi ələyha) mərkəz və əsas kimi qərar verilir. Fatimənin (salamullahi ələyha) digər fəzilətlərindən aşağadıkıları qeyd etmək olar:
a) İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) buyrur: “Fatimənin pak nuru göylərin və yerin yaradılışından əvvəl xəlq olunmuşdur.” ( Əlləmə Məclisi, Biharul-Ənvar, 42-ci cild, səh-22).
b) Fatimə (salamullahi ələyha) əzəmətli əxlaq sahibi olan, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) xüsusi tərbiyəsi altında böyümüş, iman, elm və təqvanı Atasından və Qurani-Kərimdən əxz etmişdir. Hədisdə var ki, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) Fatiməyə (salamullahi ələyha) o qədər məhəbbti var idi ki, səfərə çıxdıqda axırda ayrıldığı şəxs Fatimə (salamullahi ələyha) olur və səfərdən qayıdarkən ilk görüşdüyü şəxs də Fatimə (salamullahi ələyha) olur. ( Əlləmə Məclisi, Biharul-Ənvar, 43-ci cild, səh-96)
v) Fatimə (salamullahi ələyha) yüksək dərəcəli ilahi elmi, risalət sahibi Atasından almış və vilayət qapısında ən yüksək əxlaq və mənəviyyat sahibi olmaqla, vilayət yolunda xidmət etmiş, pak və məsum övladlar tərbiyə etmişdir. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) Fatimənin (salamullahi ələyha) elm və fəziləti haqqında digər bir hədisdə İslam Peyğəmbərindən nəql olunur ki, Həzrət buyurur: “Allah-taala Əlini, Fatiməni və övladlarını yaranmışlara höccət qərar vermişdir. Onlar mənim ümmətimin arasında elm və bilik qapılarıdır. Hər kəs onlara üz tutsa doğru yola hidayət olmuşlardandır.” (Təbərsi, Əl-Ehticac, 1-ci cild, səh-152)
q) Fatimə (salamullahi ələyha) lap xırda yaşından Atasının yanında xidmətdə olmuş və İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) çəkdiyi çox əziyyətlərə şərik olmuşdur. Tarixdə var ki, Peyğəmbərə (səlləllahu ələyhi və alehi və səlləm) Məkkədə əziyyət etdikləri zaman və Əbu Cəhl (lənətullah) dəvə bağırsığını Peyğəmbərin (səlləllahu ələyhi və alehi və səlləm) üstünə töküb əziyyət etdikdə, Fatimə (salamullahi ələyha) az yaşda ikən Atasının müdafiəsinə qalxır və Atasının üstünü təmizləyir. Bu zaman Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) xırda Fatiməni (salamullahi ələyha) bağırına basıb “Atasının anası!” – deyə adlandırır. (Yusif ibn Əbdullah, Əl-İstiab” 2-ci cild, səh-752)
Amma, Fatiməyə (səlamullahi ələyha) olan ehtiram və məhəbbət haqqında çoxlu hədislər zikr olunmuşdur. Onlardan, İslam Peyğəmbərindən (sə) nəql olunur ki, Həzrət buyrur: ”Hər kəs qızım Fatiməyə mənəvi məhhəbət və ehtiram göstərsə, mənimlə cənnətdə olar və hər kəs onu qəzəbləndirsə atəşdə yanar.”(Əllamə Məclisi, Biharul-Ənvar, 27-ci cild, səh-116) İmam Məhəmməd Baqirdən (əleyhissalam) hədis var, buyrur: “Anamız Fatiməyə (s) itaət etmək, bütün yaranmışlara o cümlədən, cinnilərə, insanlara, quşlara, vəhşi heyvanlara, mələklər və peyğəmbərlərə …. vacibdir.” (Məhəmməd ibn Cərir Təbəri Amuli, Dəlailul-imamət, səh-28) Nəhayət, İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) Fatiməini (salamullahi ələyha) şəni haqqında hədisində oxuyruq: “Məndən sonra Fatiməni incidən, onun haqqını qəsb edən və onu öldürən, məlundur, məlundur və məlundur!” .”(Əllamə Məclisi, Biharul-Ənvar, 73-ci cild, səh-354) Həzrət Fatimənin (salamllahi ələyha) fəzilətindən ibarət cildlərlə kitab yazmaq olar. Bu qısa məqalədə o pak, ismət və iffət nümunəsinin fəzilətlərinə işarə etməklə kifəytlənirik və bütün Quran və Əhli-Beyt (əleyhissalam) aşiqlərinə Onun təvəllüdünü təbrik ərz edirik!
Ümidvarıq ki, əxlaq, təqva və iman əsasasında, Fatimənin (salamullahi ələyha) ən çox fədakarlıq göstərdiyi “Vilayət və vilayət-fəqih” yolunda xidmət edib, birləşə bilək və bununla da Fatimənin (salamullahi ələyha) əziz balası, imam Zamanın (əc) zühunun tezləşməsinə əməldə xidmət etmiş olaq!
Müqəddəs Qum şəhəri,
Cametül-Müstəfa univeristetinin tələbəsi,
Faiq Vəlizadə
2010-05-30

ehlibeyt.clan.su


more post like this