Nəhayət,zaman gəlib çatdı və ölüm mələyi ədəb-ərkanla Fatimənin (ə) evinin astanasında durdu.Əzrail,Zəhranı (ə) uca göylərdəki mələklərin yanına aparmağa,orada onu İlahi rəhmətinə qovuşdurmağa gəlmişdi.
Bəli, Fatimeyi-Zəhra(ə)misilsiz qəhraman qadın,iş və mübarizə,inqilab və siyasət xanımın,paklıq və təmizlik,namus və iman,İlahi möminlik və saflıq nümunəsi,bir sözlə,İslam Pyğəmbərinin qiymətli və əziz yadigarı bu qədər əzab-əziyyətə düşdükdən,atasının bəzi yaramaz və vəfasız ümməti tərəfindən rəva görülmüş zülm və cəfalar gördükdən sonra alicənab atasının vəfatından bir müddət keçmiş o həzrətin ardınca özü də bu fani dünya ilə vidalaşdı
Fatimə (ə) öz Pərvərdigarına qovuşmağa tələsdi və bu dar və dəyərsiz dünyadan özü ilə qəlbindəki bir yığın dərd-qəmi də apardı.Bununla da coxdankı arzusuna çatdı.Axı Fatimə (ə) həmişə atasının olmağı arzulamışdı və indi bu arzunu da həqiqətə çevrildi.
Ayişə deyir:İslam Peyğəmbəri (s) ölüm yatağında olarkən bir gün Fatimə (ə) onun hüzuruna gəldi.Yerişi eynilə atasının yerişi kimi idi.İslam Peyğəmbərinə (s) salam verib Mərhaba dedi və sağ tərəfində oturdu.Sonra yavaşca,pıcıltı ilə qulağına nəsə dedi və Zəhra (ə) birdən ağlamağa başladı.Sonra Peyğəmbər (s) onun qulağına başqa bir mətləbi pıcıldadı və Zəhra (ə) sevindi.Ona dedim: Fatimənin (ə) bu səmimi arzusu tez həyata kecdi.O behişt xanımlarının xanımı çox tez (bir fikrə görə Peyğəmbərin (s) vəfatından 75 gün sonra) haqqın dəvətinə qəbul edib,sevimli Yaradanına qovuşdu.Amma Fatimənin (ə) vəfatı ilə bağlı iki məsələ dərdli və yanıqlıdır: Biri odur ki,o həzrət ömrünün lap cavan çağında bu dünyadan köçdü.İkincisi isə bu dünyadan yaxşı yola salınmadı.Uşaq salandan sonra mübarək qabırğası sındı.Torpağa tapşırılması da ürəkyandırıcıdır: O həzrət qürbətdə və təkcə,qara gecədə,nəzərlərdən uzaq halda torpağa tapşırıldı.Onu sevənlərin çoxu hətta məzarına göz yaşları da çiləyə bilmədilər

ehlibeyt.clan.su


more post like this