Quran

«De:Mənə Allaha ibadət və dini xalis Onunçün etmək əmr olunmuşdur. Mənə ilk müsəlman olmaq buyurulmuşdur.»[1]

Hədis

1884. Allahın Peyğəmbəri (s):«Haramlardan uzaqlaşmaq ixlasın kamilliyidir.»[2]

1885. İmam Sadiq (ə):«Kim ixlasla «Lə iləhə illəllah» desə Cənnətə gedər və onun ixlası bundan ibarətdir ki, «Lə iləhə illəllah» onu Allahın haram etdikləri şeylərdən çəkindirsin.»[3]

 

620. İxlasın həqiqəti

1886. Allahın Peyğəmbəri (s):«Hər haqqın həqiqəti var. Bəndə də, Allah üçün etdiyi əməlin müqabilində təriflənib öyülməməsini istəməyənədək ixlasın həqiqətinə yetişməyəcək.»[4]

1887. İmam Əli (ə):«Xalis ibadət, insanın öz Rəbbindən başqa bir kimsəyə ümid bəsləməməsi və öz günahından başqa heç nədən qorxmamasıdır.»[5]

1888. İmam Sadiq (ə):«Xalis əməl odur ki, onu etdiyinə görə Allahdan başqa bir kəsin səni tərifləməsini istəməyəsən.»[6]

 

621. İxlas gətirən şey

1889. İmam Əli (ə):«İxlasın səbəbi əminlikdir.»[7]

1890. İmam Əli (ə) : «(Yaranış və axirət haqda) Elmin meyvəsi əməlin ixlasla görülməsidir.»[8]

1891. İmam Əli (ə):«Arzularını azalt, əməllərin xalis olar.»[9]

1892. İmam Əli (ə):«İxlasın kökü, xalqın əlində olanlardan gözünü çəkməkdir.»[10]

622. İxlasın nəticələri

1893. Allahın Peyğəmbəri (s):«Əgər bəndə qırx sübh Allaha ixlasla ibadət edərsə, hikmət çeşmələri onun qəlbindən dilinə axar.»[11]

1894.  Allahın Peyğəmbəri (s):«Allah-taala buyurur:Bəndəmin qəlbinə baxıb, Mənə ixlasla və Mənim razılığımı qazanmaq üçün ibadət etdiyini görəndə onun işlərinin nizamını və tədbirini öz öhdəmə götürərəm.»[12]

1895. İmam Əli (ə):«Niyyətini xalis edən kəs alçaqlıqdan uzaq olar.»[13]

1896. İmam Sadiq (ə):«Bütün əşyalar möminin müqabilində təvazökarlıq edər və onun heybətindən qorxar.» Sonra buyurdu:«Əgər Allah üçün ixlasla iş görərsə, Allah-taala hər şeyi, hətta yerin gəmirici və yırtıcı heyvanlarını, havadakı quşları ondan qorxudar.»[14]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Zümər, ayə 11-12

[2] Kənzul-Ummal, hədis 44339

[3] Biharul-Ənvar, c.8, səh.359, hədis24

[4] Biharul-Ənvar, c.72, səh.304 , hədis51

[5] Ğurərul-Hikəm, hədis 2128

[6] əl-Kafi, c.2, səh.16, hədis 4

[7] Ğurərul-Hikəm, hədis 55382

[8] Ğurərul-Hikəm, hədis 4643.

[9] Ğurərul-Hikəm, hədis 6793.

[10] Ğurərul-Hikəm, hədis 3088

[11] Uyune Əxbare Rza (ə), c.2, səh.69 , hədis321

[12] Biharul-Ənvar, c.75, səh.136 , hədis16

[13] Ğurərul-Hikəm, hədis 8447

[14] Biharul-Ənvar, c.70, səh.248, hədis 21


more post like this