Cavab: Quran terminində, müsəlman Allahın göstərişləri bərabərində tam şəkildə təslim olmaq və hər növ şərik qoşmaqdan kənar olub Allahın birliyini qəbul edib Allahdan başqasını pərəstiş etməmək deməkdir. Buna görə ki, Qurani- kərim həzrət İbrahimi (ə) müsəlman tanıtdırır. Allah yanında həqiqi din İslam dinidir ان الذین عندالله الاسلام bunun üçün də hər kəs öz dövründə İlahi dini qəbul etsə və Allahın göstərişlərinə əməl etsə, o şəxs müsəlmandır. Quran nəzərində, hər bir şıxs əgər öz dövründə İlahi dindən itaət etmişdirsə müsəlmandır; Məsihlər, Yəhudilər və… əgər dinləri təzə din vasitəsiylə batil olmamışdırsa müsəlmandırlar; çünki Allaha təslimdirlər və əgər onlara Yəhudi və yaxud məsihi deyilirsə onların Peyğəmbərlərinə görə deyilirdi. Bəs açıqladığımız kimi bütün İlahi dinlərə İslam deyilir onlar yalnız şəriət hökümlərində fərqlidirlər. Doğrudur ki, bu gün müsəlman yalnız İslam dininin davamçılarına deyilir, ona görə ki, onlar İslam dinini, bütün Peyğəmbərləri və səmavi şəriəti qəbul etməklə, Allah qarşısında təslim olduqlarını bildirirlər. bu məna əsasında başqa dinlərin davamçılarına müsəlman deyilmir; çünki İslam Peyğəmbərinin dininiqəbul etməklə, Allaha itaət etməkdən boyun qaçırmaqla, müsəlmanlıq vəsfini və təslim olmağı özlərindən uzaqlaşdırırlar. Əlbəttə, həqiqi müsəlman o şəxsdir ki, istər dildə istərsə də əməlində İlahi göstəriş və əmrlərə tabe olsun; yəni həm dilində Allahın birliyini Peyğəmbərlərin risalətini və həzrət Məhəmmədi (s) qəbul edir və həm də əməlində İlahi və dini əmrlərə əməl edir misal üçün cəmiyyətdə digərlərinin hüquqlarını gözləyir, vətəndaşların hüquqlarına ehtiram qail olur və … şəxsi hökümlərdə misal üçün namaz, oruc və… kimi məsələlərdə payidardır. Qurani- kərimdə həqiqi müsəlmanı mömin olaraq adlandırmışdır. NUR-AZ.COM


more post like this