Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

İslamda cəza növlərindən biri də daşqalaqdır. Bu cəza bir neçə yerdə tətbiq edilir:
1.Evli arvad və ya kişi başqa kişi və ya arvadla zina edərsə. Buna mohsenə zinası deyilir və hökmü daşqalaqdır (rəcm). Məsələn, yetkinlik yaşına çatmış ağıllı bir kişinin daimi arvadı varsa və arvad xəstə deyilsə, başqa arvadla zina edərsə, bu kişinin hökmü daşqalaqdır.
Bilmək lazımdır ki, daşqalaq sübut edildiyi halda icra edilir. Yəni, ya özləri dörd dəfə etiraf etməli, ya dörd ədalətli şahid onların həqiqətən zina etmələrinə şəhadət verməlidirlər. Bu, tez bir zamanda sübut edilən bir iş deyil. Ona görə ki, başqalarının şəxsi məsələlərində axtarış aparmaq haramdır. Buna görə də məlum hökm çox nadir hallarda icra edilir. Bəlkə də bu hökm insanları belə bir cinayətdən çəkindirmək üçün qorxu yaratmaq məqsədi ilə tətbiq edilib.
Qurani-kərimdə aşkarca daşqalağa dələlət edən ayə yoxdur. Lakin şiə və sünni mənbələrində daşqalağın hökmü bəllidir. Məsələn, “Müsnədi-Hənbəl”də yazılıb: “İbn Abbas dedi: “İkinci xəlifə Ömər ibn Xəttab daşqalağı dini hökmlərdən sayayaraq deyirdi: “Peyğəmbər (s) bir kişini daşqalaq etdi və biz də ondan sonra daşqalaq etdik. (Bu mövzunun Quranda qeyd edilməməsinə baxmayaraq) xalqın “Ömər Qurana əlavələr edib” deməsindən qorxmasaydım, Quranın bir yerində daşqalaq hökmünü yazardım… Peyğəmbər (s) də buyurub: “Tezliklə bəzi şəxslər daşqalaq, dəccal, şəfaət, qəbir əzabı, cəhənnəm odundan xaric olmaq kimi məsələləri inkar edəcəklər.””(“Müsnədi-Hənbəl”, c. 1, səh. 23)
Şiə mənbələrində Abdullah ibn Sənandan belə nəql edilir: “İmam Sadiq (ə) buyurdu: “Daşqlaaq Allahın böyük , şallaq isə kiçik hökmüdür. Mohsen kişi zina etdiyi halda daşqalaq edilir.”” (“Kafi”, c. 7, səh. 177)

Sual:
(2 Assalamu aleykum men insAllah ilahi elmleri oyrenmek isterdim ancaq bilmirem hardan baslayim ona gorede siz mominlere uz tutub komek isteyirem mene insAllah neden haradan baslayib ve neyi ve neleri oyrenmeliyem .Allah sizlerden razi olsun
Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

İlk olaraq İslam əqidələrini, sonra şəriət hökümlərini, daha sonra əxlaq, tarix və s. elmləri öyrənməyə çalışın.

Sual:
(3 Bismillah! Salam aleykum! Ekstrasenslərin həqiqəti nədir? Bu hiss görünməyən məxluqlarla irtibata girməkləmi yaranır yoxsa bu bir elmdir?
Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Bu bir elmdir ve insanın alt şüuru və ruhu ilə əlaqədardır.

Sual:
(4 Bismillah! Salam aleyk! Bilmək istərdim ki, ruh çağırmaq mümkündürmü? Bunun mümkünlüyünə dair dinimizdə dəlil varmı?
Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Ruhu çağırmaq mümkündür. Lakin şəriət baxımdan bu işi görmək icazəli deyil.

Sual:
(5 Bektaşilik
Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Bektaşilik qəməri təqvimi ilə 7-ci əsrdə yaşayan Hacı Bektaş Vəlinin sufilik inancları əsasında yaranıb. Bektaşilik münəzzəm firqə kimi qəməri təqvimi ilə 10-cu əsrdə “İkinci Pir” adlanan Balim Sultan tərəfindən formalaşıb. İkinci Sultan Bəyazid və Birinci İsmayılın müasiri olan Balim Sultan barədə genişməlumat yoxdur.

Bektaşilik tədriclə anadolular arasında yayılmağa başlayıb. Miladi təqvimi ilə 10-cu əsrdən sonra osmanlıda və hətta osmanlı padşahları arasında nüfuz edib. 12-13-cü əsrlərdə isə osmanlı hakimiyyətinin sütunlarından birinə çevrilib. Habelə, ölkədə olan yəhudilər,�mason lojaları bektaşilik vasitəsi ilə siyasi islahatlarda rol oynamışlar.

haqyolu.com


more post like this