Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.

Ərəbdilində oruca sovm deyilir. Dilimizdə işlədilən oruc sözü “ərc” kökündən olsa “dəyər, qədir-qiymət” anlamını verir.

Namaz ərəbdilində səlat (diqqət) adlanan ibadətin fars dilindəki sinonimidir.

Ruku namaz halında belin qatlanmış halına deyilir, dua çaırmaq anlamına gəlir. Kəniz cariyə sözünün fars dilindəki sinonimidir. Müharibə zamanı kafir qoşunundan əsir alınmış qadınlara cariyə deyilir. Təşəhüd şəhadət kəlməsini (Əşhədü ənla ilahə illəllah…) deməyə deyilir. Qunut namaz halında əllərin üz müqabilində dua halında saxlanmasına deyilir. Təkbir “Allah Əkbər” deməyə deyilir. Nafilə ümstəhəb namazlara deyilir.

 

Sual:
(5 Salam əleykum! Tarixdə cariyələr, necə və harada Müsəlmanların əlinə keçirdi? Hansı dəlilə əsasən Müsəlman olmayan kişilərin qadıları və qızları Müsəlmanların ixtiyarında olurdu? Onlarda döyüşdən ələ keçmiş qənimət sayılırdılar? Müsəlmanlar hası vasitə ilə onlarla evlənirdilər? Xahiş edirəm mövzunu ətraflı bilmək istəyirəm.
Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Əsir götürülmüş, qulluqçu qıza cariyə-kəniz deyilir.Kişi hər bir halda (azad qadının olub, olmamasından, harama qurşanıb, qurşanmamasından aslı olmayaraq) kənizlə evlənə bilər. Qurani-kerimdə bu barədə oxuyuruq: “İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mömin (cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar.” (“Nisa”, 25)

Kənizlə evlənmək üçün nikah oxumaq lazım deyil.

haqyolu.com


more post like this