662. Xəyanət

2017. Allahın Peyğəmbəri (s):«Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan.»[1]

2018. Allahın Peyğəmbəri (s):«Əmanətə xəyanət edən bizdən deyil.»[2]

2019. İmam Əli (ə):«Xəyanət  ikiüzlülüyün mənşəyidir.»[3]

2020. İmam Sadiq (ə) :«Mömin, xəyanət və yalandan başqa, hər xasiyyəti götürə bilər.»[4]

2021. Müaviyyə ibn Əmmar:«İmam Sadiqə (ə) ərz etdim:«Mən bir nəfərə müəyyən məbləğ pulu əmanət verirəm, o isə, ona bir şey tapşırdığımı inkar edir. Bir müddət sonra o mənə mal tapşırır. Belə olan halda mən ona tapşırdığım (və mənə vermədiyi) pulun əvəzində bu malı özümə götürə bilərəmmi?» Buyurdu:«Xeyr. Bu xəyanətdir.»[5]

2022. Əbu Səmamə:«İmam Baqirin (ə) xidmətinə gəlib ərz etdim:Sənə qurban olum, mən Məkkənin yaxınlığına köçmək istəyirəm və mürciə[6] borcluyam, nə buyurursan?» Buyurdu:«Öz borcunu qaytar. Ehtiyatlı ol ki, boynunda borc qalmadan Rəbbinin görüşünə gedəsən. Çünki mömin xəyanət etməz.»[7]

 

663. Xain və xəyanətin mənası

2023. Allahın Peyğəmbəri (s):«Din qardaşının sirrini ifşa etmək xəyanətdir. Buna görə bu işdən uzaqlaş.»[8]

2024. Allahın Peyğəmbəri (s):«Xəyanətkarın dörd nişanəsi var: rəhman olan Allaha itaətsizlik etmək: qonşularına əziyyət vermək, hamıya nifrət etmək, özbaşına və asi adamlara qoşulmaq.»[9]

2025. İmam Əli (ə):«Xəyanətkar, özünü Allahdan qeyrisi ilə məşğul edən və bugünü dünənindən pis olandır.»[10]

2026. İmam Sadiq (ə):«Bizim dostların hər birindən onun din qardaşı hər hansı bir çətinliyi ilə əlaqədar kömək istəsə və o da ona kömək etmək üçün var qüvvəsi ilə çalışmasa, Allaha, peyğəmbərə və möminlərə xəyanət etmişdir.»[11]

2027. İmam Cavad (ə):«İnsanın xəyanətkarlığına, xainlərin əmanətini saxlaması kifayət edər.»[12]

 

664. Xəyanətin zirvəsi

2028. İmam Əli (ə):«Səmimi dosta xəyanət etmək və əhd-peymanları pozmaq xəyanətin zirvəsidir.»[13]

2029. İmam Əli (ə):«Ən pis  xəyanətlərdən biri, tapşırılan şeylərə xəyanət etməkdir.»[14]

2030. İmam Əli (ə):«Ən böyük xəyanət xalqın xəyanəti və ən pis hoqqabazlıq rəhbərlərin hoqqabazlığıdır.»[15]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Biharul-Ənvar, c.103, səh.175, hədis 3

[2] Biharul-Ənvar, c.75, səh.172, hədis14

[3] Ğurərul-Hikəm, hədis 969

[4] əl-İxtisas, səh.231

[5] Nurus-Sədəleyn. c.2, səh.144 , hədis68

[6] Mür – İslam dinindən dönən və kafir hökmündə olan bir məzhəbdir.

[7] İləluş-Şəraye, səh.528, hədis 7

[8] Biharul-Ənvar, c.77, səh.89, hədis 3

[9] Tuhəful-Uqul, səh.22

[10] Ğurərul-Hikəm, hədis 2013

[11] Biharul-Ənvar, c.75, səh.175, hədis 7

[12] Biharul-Ənvar, c.78, səh.364, hədis 4

[13] Ğurərul-Hikəm, hədis 6374

[14] Ğurərul-Hikəm, hədis 9310

[15]  Nəhcül-Bəlağə, məktub 26


more post like this