613. Xətt və xəttatlıq

Quran:

«Sən Qur‘andan qabaq heç bir kitab oxumamışdın və öz xəttinlə heç bir kitab yazmamışdın. Əgər belə olsaydı, batil əhli şəkkə düşərdi.»[1]

Hədis:

1863. Allahın Peyğəmbəri (s):«Mürəkkəbqabına liğə (sap) qoy, qələmi itilə, (Bismillahir rəhmanir rəhimdə) «ba» hərfini çək, «sin»i açıq yaz, «mim»i əyri yazma, Allahı gözəl yaz. Ər-rəhmanı bir qədər uzat, ər-rəhimi yaxşı yaz.»[2]

1864. Allahın Peyğəmbəri (s) «Yaxud elmdən bir nişanə» ayəsi[3] barədə:«Burada məqsəd xəttdir.»[4]

1865. Əta ibn Yəssar:«Peyğəmbərdən (s) xətt barədə soruşdular. Buyurdu:«Onu bir peyğəmbər təlim etdi və səhabələri öyrəndilər.»[5]

1866. İmam Əli (ə):«Xətt əlin dilidir.»[6]

1867. İmam Əli (ə) öz katibi Ubeydulla ibn Əbirafiyə xitabən :«Öz mürəkkəbqabına liqa (sap) qoy, qələminin ucunu uzununa itilə, xəttlər arasında fasilə saxla və hərfləri bir-birinə yaxın yaz. Belə yazsan xəttin gözəl olar.»[7]

1868. İmam Əli (ə):«Qələminin ucunu yar, lələyini qalın et və onu sağ tərəfdən kəs ki, xəttin qəşəng olsun.»[8]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Ənkəbut, ayə 48

[2] Əd-Durrul Mənsur, c.1, səh.28

[3] Əhqaf, ayə 4

[4] əd-Durrul Mənsur, c.7, səh.434

[5] əd-Durrul Mənsur, c.7, səh.434

[6] Ğurərul-Hikəm, hədis 2465

[7] Nəhcül-Bəlağə, hikmət 315

[8] Ğururəl-Hikəm, hədis 2465


more post like this