Cavab: Bu üç əməl, hər birisi həm ayrılıqda və həm də birlikdə xəstənin şəfası ola bilər. Amma yaxşısı budur ki, bütün əməllərimiz, o cümlədən, o iki əməl dua (Allah-taala ilə birbaşa irtibat) ilə birlikdə olsun. Çünki, həkimin əməliyyatı və dərmanın təsiri ….İmamın (əleyhissalam) türbətinin şəfası Allah-taalanın qüdrət və iradəsindən kənarda deyil və ancaq ilahi istəyə bağlıdır.

Digər məsələ də budur ki, insan təkcə bütün vasitələr əldən çıxdıqdan sonra və giriftarçılıq zamanı məsum İmamlara (əleyhimussalam) təvəssül etməli deyil, bəlkə də, əvvəlcədən bütün işlərində əvvəl Allah-taalaya dua və təvəssül etməklə birgə adi və təbii yollarla da öz müşkülatımızı həll etməyə çalışmalıyıq. Həmçinin, dua və təvəssül etmək heç də bu demək deyil ki, tənbəllik etməklə təbii yollarla məsələni həll etməkdən əl çəkək. Çünki, Allah-taalanın ilk əvvəldən iradəsi budur ki, bütün işlər adi və təbii yollarla həll olsun. Deməli, hər üç əməli bir yerə cəm etmək olar. Yəni,Allaha dua, imam Hüysenin (əleyhissalam) türbətinə təbərrük etməklə yanaşı həkimə müraciət edib dərmanlardan istifadə etmək. Bununla da Allah-taala İmamın (əleyhissalam) şəfaətini qəbul etsin və bu yolla istifadə olunan dərmandan münasib nəticə ələ gəlsin.

Hər halda, heç bir vəziyyətdə Allah-taalanın xüsusi mərhəmətindən, məsum İmamların (əleyhimussalam) şəfaətindən və eyni halda adi yollarla məsələni həll etməkdən ümidsiz olmaq olmaz.

Daha geniş cavab

Həkimin dərmanlarından istifədə etmək, imam Hüseyn (əleyhissalam)-ın türbətindən bəhrələnmək, ilahi övliyalara təvəssül etmək və Allah-taalaya dua etmək hər bir xəstənin əcəli çatmayıbsa, üç yolla şəfası deməkdir. Bu üç amil, Allah-taalanın iradəsi ilə üçü də xəstənin şəfası olmaqla yanaşı onlardan birinin təsiri ilə digər ikisindən istifadə etməmək də olar. Həmçinin, təm bir səbəb kimi hər üç amilin üçündən də xəstənin şəfasında bəhrələnmək olar. Yəni, Allah-taalaya dua etmək imam Hüseynin (əleyhissalam) şəfaətinin qəbul olması və dərmanın yaxşı təsir qoyması, İmamın (əleyhissalam) türbətinin təsiri isə həkimin müalicəsinin münasib nəticə verməsinə səbəb ola bilər və xəstə tezliklə sağala bilər.

Amma diqqət etmək lazımdır ki, dərmanın təsiri, həkimin fəaliyyəti və hətta İmamın (əleyhissalam) türbətinin təsiri də Allah-taalanın iradəsindən asılıdır. Həkimin əməliyyatının müvəffəqiyyətli olması və İmamın (əleyhissalam) türbətinin təsir qoymasında Allah-taalaya dua etməyin məxsus rolu var. Çünki, dua, Allah-taala ilə birbaşa əlaqə və Ondan qeyrisinin müstəqil olmaması haləti, Allah-taalanın arzu olunan nəticəni verməsinə səbəb olur. Bu cəhətdən, hər bir işin əvvəlində, hətta məsum İmamlara (əleyhimussalam) təvəssül etmək və onlardan şəfaət istədikdə əvvəl Allah-taalaya dua edib Ondan xüsusi kömək istəmək o Həzrətlərin şəfaətinin qəbul olmasına səbəb olur. Xüsusilə, münasib həkim tapmaq, xəstənin diaqnozunu dəqiq təyin edib ona münasib dərman yazmaq və müalicənin düzgün yolla aparılması çox dolaşıq mövzulardandır ki, bu yolda dua və Allah-taaladan kömək istəmək (Onun əzəmətini və qüdrətini nəzərə almaq) zəruridir.

Bundan əlavə, şəhidlər ağası İmam Hüseynin (əleyhissalam) türbətinin də şəfa vermə təsiri aşağıdakı şəraitlədir. Müasir zamanda isə bu şəraitin ələ gəlməsi çox çətin bir işdir.

1.O torpaq, İmamın (əleyhissalam) dəfn olunduğu məntəqədən (Kərbəla) [4800]  götürülmüş olsun və qırmızı rəngdə olsun. 2. Torpağı götürüb hərəmdən çıxdıqdan sonra təsirinin aradan getməməsi üçün cin və ya şiələrin yaxında olan şeytani düşmənləri torpağa toxunmasınlar. Yəni, torpaq məxfi şəkildə bağlı bir şeydə aparılmalıdır. 3. Torpaqdan şəfa üçün çox az miqdarda istifadə olunsun. 4. Torpağın istifadəsində təsirinə şəkk etmədən xalis niyyətlə istifadə etmək lazımdır. 5.İstifadə zamanı Allah-taalaya dua etmək və Ona imam Hüseynin (əleyhissalam) haqqına and verməklə şəfa istəmək lazımdır. [4801]

Bir məsələ şübhəsizdir ki, şəhidlər Ağasına (əlyehissalam) və digər ilahi Övliyalara təvəssül etmək, İmama (əleyhissalam) məxsus türbətə xalis niyyətlə təbərrük etmək faydasız olmaz və bu mövzu dəfələrlə təcrübə olunmuşdur. Əlbəttə, duaların qəbul olması və Övliyaullahların da şəfaəti yalnız, Allah-taalnın razılığı və izni ilə baş verib aşağıdakı şəraitə malikdir: 1. Xalis niyyətlə dua salavat, istiğfar və tövbə ilə yanaşı olsun. 2. Şəxs ilahi hüquqları, xums və zəkat verən olsun. 3. Peyğəmbərin (səlləllahu ələyhi və alehi və səlləm) və məsum İmamların (əleyhimussalam) qanunları ilə müxalifət etməsin. 4. Dua edən, Quranın buyurduqlarına əməl edən olsun; 5) Hər halda Allah-taalaya şükr edən olsun; 6) Əmr be məruf və nəhy əz münkər edən olsun; 7) Bütün bu dualar və təvəssüllə birgə mənəvi və təbii vasitlərdən də istifadə etmiş olsun (tənbəlliklə işin həllini istəməsin); 8) Malında insanların haqqı qalmasın; 9) Əhd-peymanına əməl edən olsun… [4802]

Bəzən yuxarıda qeyd olunmuş şəraitlər olmadan da bəndənin qəlbinin şövqə gəlməsi və ya höccətin tamam olmasından ötrü olunan dualar və təvəsüllər qəbul ola bilər. Bununla da insan haqqı başa düşüb keçmiş günahlarına tərəf qayıtmağa bəhanə axtarmasın. Çünki, insan adi və təbii yollarla öz çətinliklərinin həllində aciz qaldıqda, Allah-taalanın və məsum İmamların (əleyhimussalam) məxsus mərhəmətinə şamil olur və bu vəziyyətdə Haqqa tərəf yönəlmiş bütün şəkk və şübhə yolları bağlanır. İnsan tam xalis niyyətlə duaya əl qaldırır. Ola bilsin, həmin vəziyyətdə duanın qəbul olması Allah-taala tərəfindən insanın ani də olsa xalis niyyətlə dua edib əl açmasının mükafatı olsun. Yaxud, ola bilsin dua edən şəxs ömründə haçansa Allaha xatir xeyir və saleh iş görmüş, yaxud, hansısa Allaha yaxın bir şəxsə xüsusi ehtiram göstərmişdir və bununla da Allah-taala onun mükafatını verir ki, o fərd Axirətdə nəsə tələb etməsin.

Başqa mühüm məsələ də budur ki, Allah-taalaya dua, Övliyaullaha (əleyhimussalam) təvəssül və təbərrük etmək heç də bu mənada deyil ki, bütün təbii vasitələrdən əl çəkib tənbəlcəsinə işlərin hamısını Allaha tapşıraq. Çünki, imam Sadiq (əleyhissalam) buyurur: “Allah-taala işləri təbii şərait hazır olmadan görülməsini bəyənməz!” [4803]  Dua və təvəssüllə yanaşı işlərimizin nəticə verməsindən ötrü təbii axarı ilə görməmiz daha məsləhətdir. Dua və təvəssüldən istifadə o şəkildə olmasın ki, artıq bütün təbii vasitələrdən əlimiz üzülsün və bütün çarə yolları üzümüzə bağlansın və ondan sonra təvəssül və duaya başlayaq. Çətinliyimiz həll olduqdan sonra isə hər şeyi unudaq. Çünki, belə halət və vəziyyət Quranda [4804]  və bir çox rəvayətlərdə məzəmmət olunmuşdur. Bu vəziyyətdə duanın qəbul olması insana höccəti tamam edir və (əgər qəflət yuxusundan ayılmasa) Axirətdə onun əzabını artırır. Amma, duanın və ya şəfaətin qəbul olmasından heç vaxt naümid olmaq lazım deyil. Çünki, varlıq aləmində səbəb və nəticə qanununun olmasına baxmayaraq bütün səbəbələrin əvvəli və nəticə Allah-taalanın qüdrətindədir. O, hər bir uşağa onun hamisindən yaxındır. (uşağın hamisi onu adi və təbii səbəblərlə idarə edir, amma Allah-taala həmişə belə deyil) Çünki, (əsl) himayətçi (Allah-taala) bəzən uşağa səbəb hazırlayır, bəzən də səbəbin təsirini aradan aparır. Yəni, ola bilsin, bəzən adi və təbii səbəbləri də təsirsiz etsin. Necə ki, İbrahim peyğəmbər (əleyhissalam) oğlu İsmayılı (əleyhissalam) qurban kəsmək istədikdə və ya Nəmrud İbrahimi (əleyhissalam) atəşin içində yandırmaq istədikdə bu cür hallar baş verdi. Bəzən heç bir zahiri və təbii vasitə olmadan ilahi qeybi kömək insana yetişir və ya naməlum səbəb üzündən Allah-taala intizarında olduğumuz təsiri qarşıya çıxarır ki, bu da Haqq-taalanın lütf etdiyi feyzindəndir. [4805]

Musanın (əleyhissalam) əsasının əjdaha olması və ya Saleh peyğəmbərin (əleyhissalam) dəvəsinin daşın içindən çıxmasını başqa nümunə kimi qeyd etmək olar.

Nəticə budur ki, yaxşı olar həyatımızın bütün sahələrində həmişə Allh-taalaya dua etməklə yanaşı məsum İmamlardan (əleyhimussalam) şəfaət və təvəssül istəməyi unutmayaq, bu şəfaət və təvəssüldə heç vaxt naümid olmayaq və Haqqın qüdrətini üzümüzə bağlamayaq!

Daha çox mütaliə üçün bax:

1. Mərahil əxlaq dər Quran, Əbdullah Cavad Amuli, naşir İsra, Qum.

2. Cami əz zülali Kövsər, məhəmməd Təqi Misbah Yəzdi, Müəssiseyi amuzeş və pəjuheşi imam Xumeyni (ruh), Qum.

3. Məkarim Şirazi, Əngizeyi peydayiş məhazib, Mətbuati hədəf, Qum.

4. Kamiluz-Zəiyarat, İbni Qulevey Qummi, tərcümə, Məhəmməd Cavad Zəhəni Tehrani, Peyam həqq, Tehran.

5. Əşk rəvan bər əmir Karivan, Şeyx Cəfər Şüştəri, tərcümə Məhəmməd Hüseyn Şəhristani, Darul-Kitab Cəzairi, Qum.

[4800]  Fiqh və ibadət terminində imam Hüseyn (əleyhissalam)-ın hərəmi onun dəfn olunduğu məkan və ətrafdıkı səhnələr, bəziləri isə bu məkanı bütöv hərəm ərazsi hesab edirlər.

[4801]  Zəhəni Tehrani, Məhəmməd Cavad, tərcümə Kamiluz-Ziyarat, 91-95-ci bab,səh-832,867.nəşr Peyami Həqq; Biharul-Ənvar, 98-ci cild, səh-128-132.

[4802]  Məkarim Şirazi, Əngizeyi peydayiş məhazib, səh-90-112.

[4803]  Kafi, 1-ci cild, səh-183.

[4804]  Rum surəsi, 32, Loğman surəsi, 32, Ənkəbut surəsi, 65, Yunus surəsi, 12-22-

3-cü ayələr.

[4805]  Cavad Amuli, Əbdullah, Mərahil əxlaq dər Quran, səh-63.      Nur-az.com.


more post like this