Ümumi bir qanun vardır. O da müsibət görmüş hər bir şəxsə, xəstəliyə düçar olmuş və ya çətinliyə düşmüş bir insana edilən hər hansı bir xidmətin savaba malik olmasıdır. Hətta bu xidmət bircə salam verməklə yad etməkdən ibarət olmuş olsa belə. Bu ümumi əxlaqi qanunu yadda saxlayan. Deməli, digərlərinə edilən hər bir faydalı işin axirəvi əvəzi vardır. Bu əvəz insanın xəstə və çətinlikdə olması səbəbilə daha da artar. Belə ki, xəstə, və ya çətinlikdə olan insanı yad etmək, ona baş çəkmək böyük savablara malik olan əməllərdəndir. Bir gün Musa (ə) Allah ilə minacat edən zaman Ona ərz elədi: “Ey mənim Rəbbim! Mənə xəstəyə baş çəkməyin əvəzi barəsində məlumat ver!”.

Nöqsanlarsan uzaq olan Allah cavab verdi: “Onun üçün bir mələyi vəkil edərəm və o, ona qəbrində baş çəkər. Qiyamətdə dirilənə qədər də onunla bərabər olar”.

Həmçinin Allah rəsulu buyurmuşdur: “Xəstəyə baş çəkən (ilahi) rəhmətə daxil olar. Xəstənin yanında əyləşən zaman isə rəhmətin içində qərq olar”

http://sualcavab.ge/


more post like this