Gəlib yola namaz qıl, namaz din binasıdır,
Unutma əcri aqibət ki, rəbbimin səfasıdır.

Könülləri xoş eyləyən və ruhu sərxoş eyləyən,
Peyəmbər Əhli-Beytinin bil, eşqinin həvasıdır.

Maraqlısa ölüm nədir, edib də səbr dinlə bir,
Ölüm və qəbr tazə bir həyatın ibtidasıdır.

Dönək xudaya doğru gəl, nə dersə eyləyək əməl,
Üşənmə gəlsə gər əcəl ki, xak cism əbasıdır.

Gələr o gün sevənlərim ki, qəlblər yaxıb deyər,
Məzarıma baxıb deyər, bu Rahinin libasıdır.
MƏN SƏNİ SEVİRƏM, RƏSULALLAHIM!

Sənə min yol salam, min yol salavat,
Ey varlıq səbəbi, eşqiylə həyat
Bəxş edən hər kəsə, şahi-məxluqat!
Sənə bir ərzim var, iznin var isə,
Qoy səninlə bahəm duysun kainat.
Mən səni sevirəm, RəsulAllahım!

Bilirəm, olduqca xətalarım var,
Bilirəm, olduqca günahlarım var.
Bununla yanaşı, unutma, ey yar,
Məni daşlasa da bir zaman səni
Məkkə çöllərində daşa basanlar,
Mən səni sevirəm, RəsulAllahım!

Bağışla, qapina gəlmişəmsə gec,
Ümmətin olaraq məni də gəl seç.
Lütf elə, nə olar, günahımdan keç,
Özümü dərk edib biləndən bəri,
Gözlərim kimsəni görmədi ki, heç.
Mən səni sevirəm, RəsulAllahım!
Mən səni sevirəm, RəsulAllahım!
http://www.muselman.ws/

Əhli-Beyt şairi Vüqar Rahidən gözəllər

Uşaqlığ çağım hər dəm ki, gəlib bir-bir düşər yadə,
O günlər ki, hər anım keçmiş hər gün eyni məcradə.
Nədən bilməm düşər yadə, cavab müşkül, sual sadə,
O söz ki, sormuşam min kəz nəyin var fani dünyadə?

Nəfəslən can olub ehsan ki, cismimlə əmanətdir,
Bədən təşkil edir vəhdət sümüklə birləşən ətdir,
Nəzər saldım, düşündüm ki, doğuşdan bir əlamətdir,
Yox üstən gər ki, ləbbadə, nəyin var fani dünyadə?

Bütün dünyaya sahibdir sanar bəzən ləyaqətsiz,
Yaxar qəlbimi ol zalimlər hökm eylər ədalətsiz,
Düşünməzdir cahanda yoxdur heç bir şey nəzarətsiz,
Yosunlar ta ki, dəryadə, nəyin var fani dünyadə?

Nə ki, var eylədin əldə olammaz daim insanda,
Alar öz varın əlbət sahibi istərsə bir anda,
Yüz illərlə töküb tər-qan, sən ey bağban, çalışsan da,
Tikan bitmirsə səhradə, nəyin var fani dünyadə?

Məni dərk eyləyər rəbbiylə ol kəs yetmiş iqbalə,
O kəs ki, ondan özgə olmayıb düşsün bu cür halə,
Onu qan içrə gördüm söylədi, şair, çəkib nalə,
Bir axşam sanki röyadə: nəyin var fani dünyadə?

Yaz həqqi şe’r ilən, Rahi, çün həqdir şe’r boynunda,
Nə məlum, bəlkə də çox kimsələr tapdı şəfa bunda?
Bir Allahındı gər çox sevdiyin körpən də qoynunda,
Hələ şe’rində misra də, nəyin var fani dünyadə?
———————————-
…olmadı ki!

Söylədin tövbə edib başlayacaqsan namaza,
Keçdi qış, gəldi bahar başlamadın, olmadı ki.
Nə üçün dinimiz islam bu qədər kamil ikən,
Üz çevirdin helə sən xoşlamadın, olmadı kı.

İtirirsən nə üçün haqqa gedən bir yolunu?
Dinləmək istəməyirsən sağını, həm solunu,
Dəstəmaz istəyən illərdi o bir cüt qolunu,
Bir dəfə cəhd eləyib yaşlamadın, olmadı ki.

Bu yaşam, tərzi-həyat kor eləyibdir gözünü,
Bu nə halətdi ki, düşdün, tanımırsan özünü?
Boş verib boşla ki, Rahi, nə qanır kim, sözünü,
Danışırsan, hələ də boşlamadın… olmadı ki!
———————————-
Etməz insan heç günah olmazsa baiskar göz,
Gər qapansa varı eylər yox, açılsa var göz.

Cəm olubdur sanki baxsan gözdə həm gündüz, gecə,
Sirrü möcüzdür, müəmmadır, olubdur bilməcə,
Görmək olmuşsa işi aydındı, bilməm bəs necə,
Fikri bir ləhzəylə bəzən eyləyər izhar göz?

Baş açammaz kim gözün cəhd eyləsə əsrarı nə,
Gər hələ pünhan olan qəlbə olursa ayinə,
Bu nə cür bilməm əzadır ki, kiçik bir kuyinə,
Gahi dağlar sığdırar, gah gizlədər ənhar göz.

Var ki, göz insanın ol bir ləhzədə canın çəkər,
Ol baxış ki, ol məni sayəndə etmişdir nökər,
Rahi, hər gün ki, gecə yarı gözün yaşın tökər,
Halin olmuşdur bəhanə, eylər istixfar göz.
———————————-

Çəkir könlüm qəmü həsrət, gözüm Zəhranı gəzməkdə,
Ümidim var qıla şəfqət, gözüm Zəhranı gəzməkdə.

Onun əzkarıdır ruha səfa bəxş eyləyən, ey dil,
Usanmaz görsə bir üsrət gözüm Zəhranı gəzməkdə.

Gözüm dustaq edər zülmət ayırmaqçün təmaşadən,
Taparsa zərrə gər fürsət, gözüm Zəhranı gəzməkdə.

Əzilmişdir, budur gerçək, kim olmuş həqqə aşiq gər,
Mənə tən etmə kim, xəlvət gözüm Zəhranı gəzməkdə.

Açılmış ta əzəldən qəsri-ömrün sirri-pünhanı,
Görəndə zülm ol saət gözüm Zəhranı gəzməkdə.

Bu qədri mən ki, gəzdim, Rahiya, Zəhra sorağında,
Yəqin könlüm tapar rəhmət, gözüm Zəhranı gəzməkdə.

Müəllif: Vüqar Rahi
http://www.muselman.ws/


more post like this