Əllamə Sələbi öz təfsirində Abdullah ibn Ömərdən nəql edir ki, o, deyib: “Əli üç şeyə malikdir ki, əgər onların biri mənim olsaydı mənim üçün qırmızı tüklü dəvələrdən daha yaxşı və daha sevimli olardı. Birincisi xanım Fatimə (s) evlənməsi, ikincisi Xeybər döyüşündə bayrağın ona verilməsi, üçüncüsü isə nəcva ayəsidir (mücadilə).”
birlik.
VİLAYƏT AYƏLƏRİ Bismillahir-rəhmanir-rəhim. “Ey iman gətirənlər peyğəmbərlə nəcva etmək (pıçıldaşmaq) istədikdə nəcva etmədən əvvəl (Allah yolunda) sədəqə verin. Bu sizin üçün daha yaxşı və daha pakizədir. Əgər imkansız olsanız Allah bağışlayan və rəhimlidir.” Mücadilə surəsi, ayə 12. Ayənin azil olma səbəbi: Mərhum Təbərsi “Məcməul-bəyan” kitabında və başqa məşhur təfsirçilər bu ayənin nazil olmasının səbəbini belə bəyan etmişdirlər:
Varlılardan bir dəstə Peyğəmbər (s)-in hüzuruna gəlib və o həzrətlə pıçıldaşırdılar (bu əməl Rəsulallah (s)-in qiymətli vaxtını almaqdan əlavə kasıbların nigarançılığna və pulluların imtiyaz əldə etmələrinə səbəb olurdu).
Allah taala bu ayəni nazil edərək onlara o həzrətlə pıçıldaşmazdan əvvəl ehtiyacı olanlara sədəqə vermələrini əmr etdi. Pullular bunu gördükdə peyğəmbərlə pıçıldaşmaqdan imtina etdilər. İkinci ayə (“Mücadilə” surəsi 13-cü ayə) nazil oldu.
(Onları danlayaraq birinci ayənin hökmünü ləğv edərək) hamıya nəcva etməyi icazə verdi. Şiə və əksər sünnü təfsirçiləri bu ayənin təfsirində yazıblar ki, bu ayəyə əməl edən yeganə şəxs həzrət Əli (ə) olmuşdur. Təbəri həzrət Əli (ə)-dan belə nəql edir:
“Quranda bir ayə vardır ki, məndən əvvəl və məndən sonra ona əməl edən olmamışdı. Mənim bir dinarım var idi onu on dirhəmə satdım və hər vaxt Allahın Rəsulu (s) ilə pıçıldaşmaq istədikdə bir dirhəmini sədəqə verirdim.” “Əl-Cəm bəynəs-sihahis-sittə” kitabında Mücadilə surəsinin təfsirində Əbu Əbdillah Buxaridən belə nəql edir:
“Əli ibn Əbutalib (ə) buyurub: “Peyğəmbərlə nəcva etmək (pıçıldaşmaq) istədikdə nəcva etmədən əvvəl (Allah yolunda) sədəqə verin.” ayəsinə məndən başqası əməl etməyib və mənim vasitəmlə Allah taala həmin ayənin hökmünü bu ümmətdən götürüb, yüngülləşdirib.
” Fəxruddin Razi öz təfsirində İbn Abbasdan belə nəql edir: “Peyğəmbərlə sədəqə vermədən əvvəl nəcva etmək (pıçıldaşmaq) onlara qadağan olundu, Əlidən başqa heç kəs həzrətlə nəcva etmədi.
Əli (ə) bir dinar sədəqə verdikdən sonra bu hökmün (nəcvadan əvvəl sədəqə vermək) götürülməsi barədə vəhy nazil oldu.” Əllamə Sələbi öz təfsirində Abdullah ibn Ömərdən nəql edir ki, o, deyib:
“Əli üç şeyə malikdir ki, əgər onların biri mənim olsaydı mənim üçün qırmızı tüklü dəvələrdən daha yaxşı və daha sevimli olardı. Birincisi xanım Fatimə (s) evlənməsi, ikincisi Xeybər döyüşündə bayrağın ona verilməsi, üçüncüsü isə nəcva ayəsidir (mücadilə).
” Bu hədislərdən əlavə, bir çox hədislərə, rəvayətlərə müraciət etdikdə məlum olur ki, bu ayə həzrət Əli (ə)-ın bütün səhabələrdən fəzilətli və üstün olmasını, Allahın göstərişlərini hamıdan əvvəl qəbul edib və hamıdan əvvəl əməl etməsini açıq-aydın hamıya sübut etmək üçün nazil olmuşdur. Necəki, bu ayənin məzmununa səhabələr arasında Əli (ə)-dan əvvəl heç bir şəxs əməl etməmişdir və həzrətdən sonra da 13-cü ayə nazil olaraq bu ayənin məzmununu dəyişərək vəziyyətin əvvəldəki kimi olmasını bildirmişdir. Beləliklədə həzrətin bütün səhabələrdən üstün və fəzilətli olması sübuta yetir və bunu Ömərin oğlu Abdullahın yuxarıda nəql olunmuş hədisindən də başa düşmək olar.

Hacı İlham Əliyev
İlahiyyatçı

islamtimes.org


more post like this