Cavab: «Əzab gəlməkdə ikən, Yunisin qövmündən başqa iman gətirib imandan faydalanacaq əhali kimdir?! Yunisin ümməti iman gətirən zaman, onları rüsvayedici əzabdan qurtardıq və müəyyən bir müddət gün-güzəran verdik»[4112].
Doğrudanmı, Yunisdən başqa bütün qalan peyğəmbərlərin dəvətinə məhəl qoyulmamışdır?
İslam Peyğəmbərinin (s) həyatından məlumdur ki, bu belə deyildir. Yunisin qövmünü başqa qövmülərdən fərqləndirən budur ki, bu qövm parçalanmadan, tam halda iman gətirmişdir.
Tarixi mənbələrdə nəql olunur ki, bu qövm, indiki İraq ərazisinin qədim Neynəva məntəqəsində yaşayırmış. İlk əvvəl iman gətirməyən qövmündən məyus olmuş Yunis bir abidin təklifi ilə onlara nifrin edir. Həmin qövmdən olan bir alim Yunisi məyus olmayıb, dua etməyə çağırsa da, O, qulaq asmayıb, bu qövmü tərk edir.
Yunis gedəndən sonra alim öz qövmünü bir yerə toplayıb, qarşıdakı əzabın nişanələrini onlara anladır. Nəhayət, həqiqəti anlayan qövm, alimin rəhbərliyi altında şəhərdən çıxıb, tövbə edərək dua edirlər. Onların səmimi qəlbdən etirafları əzabın qarşısını alır.
[4112] «Yunis» surəsi, ayə 98.

NUR-AZ.COM


more post like this