Var elə gözmü görməsin Ay kimi nurlu surətin?

Hansı qulaq eşitməmiş yüksələn haqla dəvətin?

Hamı cahanda axtarır təkcə ayağının izin

Yox elə əl uzanmasın süfrənə varsa nemətin.

Eşq yolunda yolçuyam, xirqə və məsnəd atmışam,

İki cahana vermərəm könlüm açan vəcahətin.

Qəddini sərvqədlərin almaz o kəs qara pula,

Kim yuxuda görüb sənin bir kərə sərv qamətin.

Qibləsi olmasın deyə, hansı yana çevirsin üz?

Kim ki, cahanda axtarır mənzilini o afətin

Hər tərəf eşq mənzili, yarım o yerdədir mənim,

Korbeyin axtarar əbəs, məskənini tapar çətin.

Mən nə deyim ki, görmədi, görməyəcəkdir axtaran,

Çatma qaşınla xaç telin qeyri olan vəcahətin.

Elmü ağıl büsatını yığdı, üzüldü eşq ilə,

Hər o kəsin ki, başına vurdu sənin məhəbbətin.

Bu qələmi qırıb da, bu dəftərimi cırım gərək,

Şərh edə bilməsəm əgər cilvəsini məlahətin.

Gəlmişəm meyxanəyə, çün ehtiyacım var buna,

Gəlmişəm səcdə edəm əhli-təriq əshabına.

Sirr xəlvətxanısindən yox əlimdə bir xəbər,

Sirbilən piyri-müğanın gəlmişəm dərbarına.

Asitanından məni min zillətilə qovdular,

Bağrıbağlı dönmüşəm səhradan indi yanına.

Zahid öz səccadəsi, sufi dəxi öz xirqəsi,

Mən də öz nəğməmlə gəldim muğların dərgahına.

Deyrdən qəm tapdığı könlümə getdim məscidə,

Yana-yana gəlmişəm, qalmış ümidim tək sana.

İki aləmdə üzün nürü ki, qovqa qaldırıb,

Yüz diləklə gəlmişəm hər zərrənin ünvanına.

 

 

İmam Xomeyninin arifanə şerlərindən tərcümələr Kitabından…

 

 

 

 

 


more post like this