Vəhhabilikdə hətta Məhəmməd peyğəmbərə salavat göndərilməsi də günah hesab olunur. Guya ki, şəxsiyyətin bütün hallarda dəyərləndirilməsi ona sitayiş anlamındadır. Yəni insan heç vaxt təriflənməməlidir.Çox gülünc iddia deyilmi? Təbii ki, insan gözəl əməllərinə görə gözəl sözlərlə təriflənməli və bu da digrlərinə örnək xarakteri daşımalıdır. Yoxsa ki, Allahın tərifə ehtiyacı yoxdur.

 

O onsuz da bütün insani təriflərdən çox yüksəkdədir. Məhəmməd peyğəmbər və onun ötən 1400 ilə yaxın vaxt ərzində öz yüksək dəyərini itirməyən əhli-beyti çox şərafətlidir və hər cür tərifə, ehtirama, ziyarətə layiqdir. Yalnız Allahın ən çox sevdiyi, bəyəndiyi bəndələr bu qədər unudulmaz və şərafətli ola bilər. Onları müqəddəs hesab etmək tam yerindədir. Əgər onlar da müqəddəs deyilsə, deməli, dünyada başqa heç bir müqəddəs yoxdur. Müqəddəslərin uyuduğu məzar da müqəddəs sayılmalıdır. Bəqi barədə Allahın rəsulu(s) gözəl fikirlər söyləmişdi: “Bu qəbristandan yetmiş min nəfər  qaldırılacaq və cənnətə sorğu-sualsız daxil olacaqlar. Onların üzləri sanki on dörd gecəlik aydır!” Digər bir hədis də çox maraqlıdır: “İki dərənin arasında bir qəbristan vardır ki, Qiyamət günü onun nuru yerlə göyün arasını bürüyəcək.” Məzarın şərafətli tutulmasının inkar edilməsi onsuz da öz məzarları ziyarət edilməyəcək kafirlərin  özlərinə təsəlli üçün düşünülmüş və ya düşüncədən kənar iddia deyilmi? Bəqi şərafətsiz bir yerdirisə, onun ziyarət olunması günahdırsa, bəs nə üçün  bu qəbristanlıq vəhhabilərin hakimiyyətdə olduğu Səudiyyə Ərəbistanında indi də durur, mühafizə edilir, orada dəfn olunmaq üçün xüsusi şərtlər və böyük məbləğdə rüsum tələb olunur? Deməli, qazanc olan yerdə vəhhabi dini əqidəsi yada düşmür.  Müqəddəs Quran müsəlmanlara Peyğəmbərin hüzuruna getməyi, ondan günahlarının bağışlanılmasını istəməyi əmr edir. “Əgər onlar özlərinə zülm (günah) etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq istəsələr, Peyğəmbər də onlar üçün bağışlanmaq istəsə, Allahın tövbə qəbul edən, rəhmli olduğunu bilərlər.” Allah-  Təala bir vaxt vəhhabilər kimi münafiqlərin ortaya çıxacağını yaxşı bildiyi üçün başqa bir yerdə belə buyurmuşdur: “Onlara, “gəlin, Rəsulullah sizin bağışlanmağınızı diləsin” deyildiyi zaman başlarını bulayarlar, onların təkəbbürlə üz çevirdiklərini görərsən! Bu kimi nümunələr çoxdur. Ümumiyyətlə, vəhhabilərin 4 əsas ehkamı ilə yanaşı bir sıra digər ideyalarının da puç olduğunu ən sadə məntiqlə də isbata yetirmək mümkündür. Bunu sübuta yetirən 100-lərlə dəyərli kitablar yazılmışdır.
dayaq.org

more post like this