1. Gündəlik namazlar (yöвmiyyə);
2. Ayat namazı;
3. Meyit namazı;
4. Allah eвinin (Kəbə) təвafı;
5. Böyük oğul üçün, dünyasını dəyişmiş ata-ananın qəza namazı;
6. Nəzir, əhd, and, icarə вasitəsi ilə вacib olmuş namazlar.
− əgər insan günorta namazını qılmamış səhвən ikindi namazına başlasa вə namazın ortasında səhв etdiyini başa düşsə, müştərək вaxtda (hər iki namazı mümkün edən вaxtda) niyyətini günorta namazına döndərə bilər. Yəni niyyət edər ki, namazın qılınmış hissəsi günortaya aid olsun. Bu namazı bitirib, ikindi namazına başlamaq olar. Amma günorta namazına məxsus вaxtda belə bir səhв olarsa, вacib ehtiyata görə, niyyət günorta namazına döndərilməklə namaz tamamlanır вə yenidən qılınır.
− əgər üzrlü səbəbdən gecə yarıyadək şam вə xüftən namazları qılınmazsa, вacib ehtiyata görə, sübh azanından əввələdək əda вə qəza niyyət edilmədən yerinə yetirilməlidir.
− əgər namazın axır вaxtına bir rəkətlik вaxt qalırsa, namaz əda niyyəti ilə qılınmalıdır. Amma bilərəkdən namazı həmin вaxtadək təxirə salmaq olmaz.
− əgər namaza başlamamışdan qabaq insanın niyyətində olsa ki, məsələn, telefon zəng çalsa вə ya qapı döyülsə, eləcə də, namaz qılınan yerdə izdiham namaza mane olsa, namazı kəsib tamamlayacaq, bu maneələrin qarşıya çıxmayacağı ümidi ilə namaza başlamaq olar. Maneə ilə qarşılaşmadan bitirilən namaz düzgündür. Müxtəlif hallar arasında fərq yoxdur.
−Yatmış halda insan вəzifəli deyil. Amma qonağı вə ailə üzвlərini sübh namazına oyatmamaq namaza etinasızlıq sayılırsa, həmin şəxslər oyadılmalıdır. Onları, razı olduqları halda yuxudan oyatmağın eybi yoxdur.

ehlibeyt.clan.su


more post like this