Yerlər, göylər, kəhkəşanlar –

Səcdə edir, bu əfşanlar…
Bilməm nə vaxt bunu anlar –
Günahkar bəndəndir – insan,
Ya Zül – cəlali vəl – ikram!

***

Hər nemətin mənası var,
Əqli olan bunu anlar…
Yersiz deyil, bu tufanlar…
Ya rəbb, nə vaxt duyar insan –
Ya Zül – cəlali vəl – ikram!

***

Sən Rəhmansan, bizsə – nadan…
Əl çəkmişik şeytanlardan…
Haqqın yolun azanlardan –
Üz döndərib Tövrat, Quran…
Ya Zül – cəlali vəl – ikram!

***

Fəlakətlər sığmır yerə,
Dəhşətlidir bu “mənzərə”…
Rəhmin gəlsin bəndələrə –
Qadir Allah! Rəhman, Rəhman,
Ya Zül – cəlali vəl – ikram!

***

Məhəmmədə verdin Quran.
Əli oldu şiri Xudan.
14 məsum sənə pünhan –
Qadir Allah! Rəhman, Rəhman,
Ya Zül – cəlali vəl – ikram!

***

Gəlsin Sahib – Zaman, Allah!
Dəyişsin bu cahan, Allah!
Xoşbəxt olsun insan Allah!
Cəbrayıla yetir məqam –
Ya Zül – cəlali vəl – ikram!
Ya Zül – cəlali vəl – ikram!

24.01.2010.
Hacı Cəbrayıl Xıdırov
http://www.muselman.ws/


more post like this