Bəzi rəvayətlərə əsasən, Qurani-kərim üç mərhələdə nazil olmuşdur: Löhvü-məhvuza eniş, Beytül-izzəyə- dünya səmasına eniş və Cəbrayıl vasitəsi ilə tədriclə Peyğəmbərə (s) eniş. Lakin daha məşhur nəzriyyə Qurani-kərimin iki dəfəyə dəfi (birdəfəlik) və tədricən Peyğəmbərə (s) nazil olmasıdır. Dəfi nuzul dedikdə bütün Quranın Qədr gecəsində birdəfəlik Peyğəmbərə (s) nazil olması nəzərdə tutulur. Tədrici nuzulda məqsəd isə Quranın 23 il ərzində Peyğəmbərə (s) nazil olmasıdır. Quranın Peyğəmbərə dəfi və tədrici nazil olmasının biri neçə fəlsəfəsini qeyd edirik: Quranın Peyğəmbərə (s) birdəfəlik nazil edilməsinin səbəblərindən biri Quranın ruhunun, hədəf və məqsədlərinin birdəfəlik Peyğəmbərin (s) qəlbinə nazil etməkdir. Daha sonralar isə müxtəlif hallarda vəhy vasitəsi ilə söz və ifadə formasında İslam peyğəmbərinə (s) nazil olub. “Şuəra” suərsinin 194-cü ayəsi bu nəzəriyyəni təsdiqləyir. Quranın tədriclə Peyğəmbərə (s) nazil olmasının səbəblərindən biri isə o Həzrətə (s) dəstək vermək, ruh yüksəkliyi bağışlamaqdır. “Furqan” surəsinin 32-33-cü ayələri bu fikri təsdiqləyir. Habelə Qurani-kərimin bir çox ayələri baş verən hadisələrlə əlaqədar nazil olmuşdur. Quranın tədriclə nazil olması vəhy katiblərinin onu yazmaları üçün fürsət yaradırdı. Quranın tədriclə nazil olmasının səbəblərindən biri də müsəlmanların Quranın hökmlərinə əməl etməsi idi. Ona görə ki, Qurani-kərimdə bir çox hökmlər mövcuddur ki, əgər birdəfəlik Peyğəmbərə nazil olsaydı həmin hökmlərə əməl etmək müsəlmanlar üçün çətin olardı.


more post like this