Tarixi mənbələr göstərir ki, vəhhabilik ingilislərin yardımı və himayəsilə güclənmişdir
Vəhhabilik tarixi zorakılıq və çoxlu ifratçılıqla dolu bir tabloya oxşayır
Vəhhabilik firqəsinin banisi Məhəmməd İbni Əbdülvəhab 1115-ci hicri qəməri ili Hicaz və ya indiki Ərəbistanda anadan oldu. O yeniyetməlik zamanı İbni Təymimənin düşüncəsinin təsiri altına düşdü və İslamın öyüdləri ilə fərqli əqidələri ortaya qoydu.
O əqidələrini yaymaq üçün Nəcd məntəqəsinin hakimi Məhəmməd İbni Səudun güc tətbiqindən istifadə etdi.
Məhəmməd İbni Əbdülvəhab əqidələrini İslam dünyasının ən müqəddəs məkanları, yəni Məkkə və Mədinədə yaydı. O viranedici müharibələr törədib öz əqidələrini qəbul etdirmək istədi.
Atası elə onun uşaqlıq dövründən gələcəyi barəsində nigaran idi . Çünki oğlunun rəftar və danışığında yayınma hallarını müşahidə edirdi. Əbdülvəhab müsəlmanların bir çox inamlarını tənqid edib lağa qoyurdu. O Mədinədə xalqın İslam peyğəmbərinin məzarını ziyarət etmək metodlarını tənqid edirdi. Deyilənlərə görə o gənclik zamanı yalançı peyğəmbərlik iddiasında olanların həyat tərzinə vurulmuşdu. Hər halda o İbni Teymiyyə və şagirdlərinin təsiri altına düşmüşüdü.
Xalqın onun əqidələri ilə müxalif olduğuna görə Əbdülvəhab Mədinə şəhərini tərk edib Nəcdə qayıtdı. Sonra Bəsrə şəhərinə getdi və israr etdiyi əqidələrinin şəhər əhalisinin əqidələri ilə ziddiyyət daşıdığına görə bu şəhərdən də qovuldu.
Dini ekspertlərin qənaətincə Məhəmməd İbni Əbdülvəhabın bəzi əqidələrini İbni Teymiyyənin əqidələrini də ötüb keçmişdi. Onun yayınma dərəcəsi o həddə çatmışdır ki, müsəlmanların çoxunu kafir bilib onların qətlini vacib sayırdı. O dəlicəsinə inamları ilə Məkkə və Mədinəni darülküfr və darülhərb adlandırıb, bu müqəddəs məkanların tərəfdarları tərəfindən işğal edilməsini vacib sayırdı. Zorakılıq və kobudluq Əbdülvəhabın tərəfdarlarının xüsusiyyətlərindən idi. Atasından əlavə, Əbdlüvəhabın qardaşı Şeyx Süleyman da onun fikirlərini rədd etdi. Deyilənlərə görə atası həyatını dəyişməyincə Əbdülvəhabın əqidələrinin yayılmasının qarşısını alırdı. Amma 1153-cü hicri qəməri ilində öləndən sonra oğlu aşkarcasına məlumatsız şəxsləri öz əqidələrinə dəvət etdi.
Əbdülvəhabın əqidələri üzə çıxmaqla bir çox islam üləmaları onunla müxalifət etməyə başladılar.
Hənbəli üləmalarından olan Əbdülvəhabın qardaşı şeyx Süleyman qardaşının əqidələrini rədd edərək “əl-Səvaiq əl-İlahiyyə fi rədde əla əl-Vəhabiyyə” kitabını yazdı. O qardaşına çoxlu məktublar göndərərək dində bidət qoymaqdan onu çəkindirmək istədi. Bu məktubların birində yazılmışdır: Elm sahiblərindən öyrəndiyimi sənə yazıram. Qəbul edib etməsən də, vəzifəmi yerinə yetirib Allaha şükür edəcəyəm. Bil ki Allah tala Həzrət Məhəmməd (s), Quran və haqq dinlə dünyaya göndərdiyi digər dinlərə qalib gəlsin, ona Quranı nazil etdi ki, hər şeyinə həqiqəti aşkara çıxsın. Allah tala vədini yerinə yetirdi və dinini digər dinlərə qalib etdi.
Şeyx Süleyman sözlərinin davamında ayələr və rəvayətlərə istinad edərək sübut edir ki peyğəmbər ümməti ən yaxşı ümmətdir və bu ayinə tabe olmaq hamıya vacibdir. O məktubunun ardında Nisa surəsinin 115-ci ayəsinə işarə edibdir. “Haqqın aşkara çıxmasından sonra peyğəmbərlə ziddiyyət edib möminlərin yolundan çıxan şəxs getdiyi batil yola istiqamətlənərək, cəhənnəmə daxil olub orada əbədi yaşayacaq”.
Amma Əbdülvəhab öz ideyalarına israr edir və əqidələrinə zidd olan hər nəyi küfr sayır. Süleyman başqa bir yerdə Əbdülvəhabın cahilliyinə işarə edib ona xitabən deyir: Peyğəmbər bizə deyib ki, cahil insan dikbaş olmamalıdır. Əskinə, bilmədiyini biləndən soruşmalıdır. Beləliklə şeyx Süleyman onun nadan oğlunu xatırladır.
Məhəmməd İbni Əbdülvəhabın əqidələrinə qarşı bütün müxalifətlərə rəğmən o Nəcd məntəqəsində öz əqidələrini yaya bildi. Sosioloqların qənaətincə bu məntəqə əhalisinin Əbdülvəhabın əqidələrinin təsiri altına düşməsi onların mədəni və sosial yoxsulluğu ilə əlaqələnir. Çünki onlar səhrada sakin idi, mədəniyyət və məlumat baxımından çox zəif idilər. Onları sadəcə aldatmaq olurdu. Nüfuzlu şəxsləri və adi camaatı, təsiri altına alan çıxışlara malik olan Əbdülvəhab bu məntəqə əhalisini özünə tərəf çəkə bildi. Əlbəttə, o əqidələrini rəvac verməkdə Məhəmməd İbni Səud və ingiltərəli kimi müstəmləkəçilərin himayəsini qazanmışdır.

dayaq.org

 


more post like this