Vəhhabilərin əsil iç üzünü onların digər ziddiyətli əməlləri də zaman-zaman açmaqdadır.  Belə ki, özlərindən qeyri-kimsəni müsəlman hesab etməsələr də, 1967-ci ildə Məkkə və Mədinənin   hakimiyyətini tam olaraq öz əlinə keçirdə bilən vəhhabi Əbdül Əziz ibni Əbdür-Rəhman nəhayət digər İslam ölkələrini də müsəlman hesab etdi. Bu isə o demək idi ki, vəhhabilər artıq onların əqidəsinin doğru olduğunu qəbul edirdi. Ötən iki yüz ilə yaxın dövr ərzində vəhhabilərin müsəlman hesab etmədən İslam ölkələrinə qarşı apardığı kəskin mübarizənin və axıdılan qanların nahaq  olması  elə bununla da tam təsdiq olunurdu. Sonra daha heç bir İslam ölkəsinə hücumlar, basqınlar olmadı, onlar kafir hesab edilmədi. Bunca əqidəsizlik olmazdı! Bu halda onlar tarixdən üzr istəməli və özlərini buraxmalı idilər, lakin…Lakin onlar Mədinədəki müqəddəs Bəqi qəbristanını darmadağın etdilər. Səud sülaləsi bununla öz məzhəbdaşlarına təskinlik vermiş oldu. Siyasət!   Vəhhabilik məhz elə əvvəldən dini təriqət və ya məzhəbdən daha çox hakimiyyət uğrunda siyasi hərəkat rolunu oynamışdı. Bəs elə isə bu hakimiyyətləri zinətləndirən, Yer üzünün əşrəfi sayılan insanlar nə üçün şərafətli deyildi?  Onların özü şərafətli idisə həqiqi İslam rəhbərləri, imamlar, övliyalar daha şərafətli olmalı idi. Vəhhabilər şəfahətin (bağışlanmanın) diridən istənilməsini məqbul hesab edirdilər, ölüdən yox. Amma unudurdular ki, Allahın nəzərində ölü və ya diri anlayışı yoxdur, ruh həmişə sağdır. Beləcə, əgər diridən şəfahət istəmək düzgündürsə, ölüdən istəmək də düzgündür. Diri nə qədər eşidə, anlaya, həyata keçirdə bilirsə, bunu ölü də eyni qədər bacarır. Lakin ibadətin hər iki halında əməl maddi və materialist xarakter yox, mənəvi xarakter daşıyır. Qiyamətdə Peyğəmbər şəfahət verirsə, Qiyamət gününə kimi onunla bütün əlaqələr qapanırmı? Həm də, müsəlmanlar öz dualarında ölüdən və ya diridən birbaşa nəsə maddi bir şey istəmirlər. İstək Allahdandır. Bəndə vasitəçi qərarında olur. Şəxs sağlığında əziz və möhtərəm idisə bu onun əqidəsinə görə idi. Həyatdan köçdükdən sonra da əqidəsi və xatiri əziz tutulmalı, vasitəçi kimi tanınmalıdır. Bildiyimiz kimi  vəhhabilik sələfilik əqidəsinə əsaslanır. Sələfilik isə həyatda hər cür  yenilik və dəyişikliyə  qarşı idi. Lakin Əbdül Əziz öz hökumətinin vəziyyətini dünya ilə uyğunlaşdırmağa məcbur oldu. Belə ki, o ölkəyə telefon, teleqraf, velosiped, aftomobil və bu kimi yeni texniki nəaliyyətlərin gətirilməsinə icazə verdi. Bu halda vəhhabilik Bidət və Təfkir ehkamlarından imtina edilmiş   sayılmırmı? Bəqi qəbristanını  dağıtdıqdan sonra da insanların orada yatan müqəddəsləri unutmadığını, xatirini əziz tutduğunu gördükdə  isə onlar məzarın əslində bir bəhanə olduğunu anladılar. Kral Fəhd ibn Əbdül Əziz ölkədə yuxarıda qeyd olunan əsaslı dəyişikləri həyata keçirtməyə  məcbur oldu. Üstəlik də o özünün vəzifəsini kraldan əvvəl “İki müqəddəs şəhərin xadimi” kimi yazdırırdı. Bu zaman nəzərdə tutulan iki şəhərdən biri Mədinə, digəri Məkkə olmaqla yalnız oradakı ziyarətgahlara görə müqəddəs deyildimi? Mədinə Həzrət Məhəmməd peyğəmbər salavatullahın məzarı yerləşən Məsçidi-Nəbəviyə və yanındakı Bəqi qəbristanına, Məkkə isə Kəbəyə görə. Bu iki müqəddəs məkanın Hicaz və Nəcd mahalıı olduğunu  iddia edənlər yanılırlar. Bu kimi hallar əslində vəhhabiliyin süqutu olsa da, tərəfdarları onu buraxmağa hünər etmədilər. Əgər məsələnin həqiqi mahiyyətini qəbul etsək, onda vəhhabilər üçün təkcə şiə müsəlmanlar deyil, xristianlar, buddistlər və yəhudilər də kafir elan edilməli, onların da canı, malı-mülkü, namusu vəhhabiyə halal  hesab olunmalı idi. Axı onlar da məzarın   ziyarətini qəbul edir. Lakin vəhhabilər daha çox müsəlman cəfəriləri hədəf seçmiş, çox sonralar  sünnü məzhəblərini də bu sıraya qatmışdılar. Deməli,  qarətçiliklə varlanmaqdan əlavə bir əsas məqsəd də İslama zərbə vurmaq olmuşdu. Çünki elə digər dinlərdə də təkallahlıq və məzarların şərafətləndirilməsi vardı. Qüdsdə xristianlar İsa Məsihin dəfn edilib göylərə çəkildiyi məkanı böyük şərafətlə ziyarət  və üstəlik hətta İsanı Allah və ya Allahın oğlu hesab edirlər. İudeyya və Fələstin əraziləri Kərbəla, Nəcəf və digər  İslam şəhərlərindən çox da uzaq deyildi. Görünür İslama zərbə vurulması və müsəlmanlar arasında təfriqə salınması daha böyük hədəf imiş və qarətçilik ikinci dərəcə daşıyırmış. Bu halda xaricməzhəb təfriqəsini duymamaq mümkün deyil. Vəhhabilərin  əsas əqidə məsələsində qeyri-ardıcıllığın olması da bunu təsdiq edir. Əks təqdirdə Mədinə şəhərindəki Məsçidül-Nəbəvidə  peyğəmbərin və iki səhabənin möhtəşəm məzarları da onlar tərəfindən (əstəğfurullah) dağıdılmalı idi. Lakin bu məzarlar çox şərafətli şəkildə qalmışdır və hətta qapıları da qızıldandır! Niyə? Bu qapıların önündən bütün müsəlmanlar böyük coşqu ilə keçir və müasir günə qədər çox böyük  ziyarət olunmaqdadır. Həcc səfəri zamanı bir çox digər  şərafətli yerlər ( Məsçidi-Quba, Məsçidi-Qibləteyn, Ühüd dağı, Hera dağı, Bilal Həbəşinin məzarı və sair) də ziyarət olunur və müasir vəhhabi hakimiyyəti bundan böyük qazanc əldə edir. Hər hansı bir yerin ziyarət olunması həmin yerin müqəddəsləşməsi – vəhhabilərin anlamında bütləşdirilməsi və deməli, günahdırsa, əstəğfurullah, elə Kəbənin də bütövlükdə ziyarətində eyni mahiyyət yoxdurmu? Axı müsəlmanlar Kəbəni ziyarət edərkən də onun başına dolanmaqla (təvaf etməklə)  müqəddəsliyinə tapınıb əllərini göyə qaldırmırlarmı? Məsçidül-Həramda Səfa və Mərva dağlarının ziyarəti, onların arasında səy edilməsi, eləcə də Məqami-İbrahim adlanan qızılı gümbəzə  toxunulması eyni məntiqə əsaslanmırmı?  Vəhhabilərin ağlı ilə hərəkət edilməsi əsil İslamdırsa, Kəbənin ilk bucağına qoyulmuş Həcərül-Əsvatın – “Qara daş”ın ziyarət olunması, ona toxunulması, öpülməsi bəs nə deməkdir? Axı bu halda da həmin “Qara daş” bütləşdirilmiş hesab olunmazmı? Əslində isə bütün bu kimi hallar heç də bütpərəstlik deyil, sadəcə şəxsin, məzarın və ya müqəddəs bir əşyanın vasitəçi qəbul edilməsidir! Bu zaman möminin istəyini verən həmin bu vasitə yox, Allahın özüdür! Allah isə nəzərlərinin daha çox yönəldiyi müqəddəs, yəni İlahi anlamda şərafətli  məkanlarda təcalla edər. Bu mənada müəyyən əziz adamın məzarı üstündə onun xatırlanması həm də   mərhumun ruhunun şad edilməsi məqsədini daşıyır. İslam müqəddəslərinin ruhunun yad edilməsi, adının zikr olunması və məzarının ziyarət olunması isə Allaha da xoş olar və həmin şəxsin dualarının  daha tez qəbul edilməsində vasitəçilik edər.

dayaq.org


more post like this