503. Uzaqgörənlik

1527. İmam Əli (ə):«Uzaqgörənlik zirəklikdir.»[1]

1528. İmam Əli (ə):«Uzaqgörən şəxs ehtiyatlı, uzaqgörənliyi tərk edən isə qorxusuz olar.»[2]

1529. İmam Sadiq (ə):«Uzaqgörənlik gümanın çırağıdır.»[3]

 

504. Nəticəni düşünmək

1530. İmam Əli (ə):«Kim sonunu düşünmədən işə başlayarsa, özünü çətinliklərin təhlükəsinə atar.»[4]

1531. İmam Əli (ə):«İşə başlamamış (nəticəni) düşünmək, səni peşmançılıqdan amanda saxlar.»[5]

1532. İmam Əli (ə):«İnsanların ən ağıllısı, onların aqibəti ən çox düşünənidir.»[6]

 

505. Uzaqgörənlik və qərar qəbulu

1533. İmam Əli (ə):«Qələbə uzaqgörənlik və güclü iradə ilə qazanılar.»[7]

1534. İmam Əli (ə):«Uzaqgörənlik olmayan əzm və qərarda xeyir yoxdur.»[8]

 

506. Uzaqgörənliyin izahı

1535. İmam Əli (ə):«Uzaqgörənlik aqibəti düşünmək və müdriklərlə məsləhətləşməkdir.» [9]

1536. İmam Əli (ə):«Uzaqgörənliyin kökü, şübhə yarananda dayanmaqdır.»[10]

 

1537. İmam Əli (ə):«Sınamamış e‘timad etmək, uzaqgörənliyə ziddir.»[11]

 

507. Uzaqgörən

1538. İmam Əli (ə):«Uzaqgörən şəxs odur ki, dünyanın aldadıcı mənzərəsi onu axirət naminə çalışmaqdan çəkindirməsin.» [12]

1539. İmam Əli (ə):«Uzaqgörən şəxs özünə yaxşı dost seçər. Çünki, insana öz dostu ilə qiymət verilir.»[13]

1540. İmam Əli (ə):«Uzaqgörən şəxs odur ki, nemət və var-dövlət onu axirət üçün çalışmaqdan saxlamasın.» [14]

1541. İmam Əli (ə) :«Uzaqgörən şəxs odur ki, qəzəbin şö‘lələri şaxə qalxanda cəza verməyi tə‘xirə salsın və ilkin fürsətdə yaxşılığın əvəzini (yaxşılıqla) ödəməyə tələssin.» [15]

 

507. Ən uzaqgörən insan

1542. Allahın Peyğəmbəri (s):«Ən uzaqgörən insan, hamıdan çox öz qəzəbinə qalib gələndir.» [16]

1543. Allahın Peyğəmbəri (s): «Sizin aranızda ən zirəyiniz ölümü başqalarından daha çox yad edən və ən uzaqgörəniniz ona daha çox hazır olanınızdır.»[17]

1544. İmam Əli (ə): «Sizin ən uzaqgörəniniz ən təqvalınızdır.»[18]

 

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Biharul-Ənvar, c.71,səh.339, hədis 8

[2] Ğurərul-Hikəm, hədis (7913 və 7914).

[3] Tuhəful-Uqul, səh.356

[4] Tuhəful-Uqul, səh.90

[5] Uyunul Əxbarel Reza (ə), c2, səh.54, hədis 204

[6] Ğurərul-Hikəm, hədis 3367

[7] Əvali əla, c1, səh.292, hədis 164

[8] Ğurərul-Hikəm, hədis 10682

[9] Ğurərul-Hikəm, hədis 1915

[10] Tuhəful-Uqul, səh.214

[11] Ğurərul-Hikəm, hədis 1514

[12] Ğurərul-Hikəm, hədis 1984

[13] Ğurərul-Hikəm, hədis 2026

[14] Ğurərul-Hikəm, hədis 1878

[15] Ğurərul-Hikəm, hədis 2179

[16] Əmali-Səduq, səh.28, hədis 4

[17] Əlamud-Din, səh.333

[18] Ğurərul-Hikəm, hədis 2832


more post like this