Necə ki, bütün təcrübə sahələrində elmə yiyələnmək üçün (fizika kimya) insan müəllimə ehtiyaclıdır elə də ruhi qidalandırmaq üçün müəllimə ehtiyaclıdır. Başqa sözlə desək, insan cismininmüalicəsi üçün həkimə ehtiyaclı olduğu kimi, cismdən də dəqiq və zərif olan ruhun müalicəsində həkimə (əxlaq ustadına) ehtiyacı vardır. Amma bu yol elə bir yoldur ki, ən böyük ruha malik olan ustadlar insana bu yolda müəllimlik edirlər. İlkin surətdə insanın bu yoldakı müəlimi Allah- Taala özüdür. Qurani kərimdə bu barədə buyurur: “Allah taala iman gətirənlərin himayətçisidir. Onları qaranlıq yoldan nura tərəf yönəldəcəkdir”” kəslər ki, bizim yolumuzda çalışırlar, biz onları yəqinliklə özümüzə tərəf yönəldəcəyik.” Deməli bu yolda tam dəqiqliklə Allaha tərəf addımlamaq lazımdır.
Əgər Allah- Taala bu yolda insanın qarşısına gözəl insanlar, əməli saleh üstadlar çıxarsa insan onun şükrünü yerinə yetirərək ondan istifadə etməlidir, amma belə bir ilahi nemət insana qismət olmazsa bu o demək deyil ki, biz bu yoldan əl götürməliyik. Əksinə bütün bildiklərimizə əməl etməklə ilahi səadətə yetişə bilərik. Əimmədən (mamlardan) belə bir hədis nəql olunur ki: Hər kəs öz bildiklərinə əməl etsə, Allah Taala məchulları onun üçün məlum edər.”
Həzrət Ayətullah Bəhcətdən belə sual ediblər: “Mənəvi yolda addımlamaq üçün ustada ehtiyac varmı?” O həzrət cavabında belə buyurub: “Sənin ustadın sənin elmindir. O şeylər ki, bilirsən əməl et. O şeyləri ki, bilmirsən kifayət edər.” Ayrı bir nəfər isə o həzrətdən belə soruşub: Mən seyr- suluk etmək istəyirəm, nə etməliyəm? Ayətullah Bəhcət cavabında belə buyurub: “Günahları tərk etmək min illik ömrə kifayət edər” Bütün bu sözlərdən belə nəticə alırıq ki, insan ustadın yoxluğunu bəhanə edə bilməz. bütün vacib əməlləri yerinə yetirməklə və günahları tərk etməklə öz mənəvi yoluna davam edə bilər.
Deməli insanın ilkin surətdə müəllimi Allah Taaladır. Bu səbəbdən də insanların doğru yola hidayəti üçün Peyğəmbərlər göndərmişdir. Peyğəmbərlərdən sonra İmamlar və İmamlardan sonra isə əməli saleh mömin ustadlar insanların bu yoldakı bələdçiləridir. İnsan ilkin surətdə ustad tapa bilmədikdə Allahdan kömək istəməli və Peyğəmbərlərin və İmamların ruhlarına təvəssül etməklə işə başlamalıdır. Öz elmini, bildiklərini özünə müəllim bilməklə özünü yaxşılıqlara sövq etdirməlidir Bu yola qədəm qoyarkən bütün günahları tövbə etməli və heç bir günaha tərəf baxmamalıdır. Belə olan halda insan mənəvi yolda təkbaşına addımlaya bilər.
Mövzunun və yazının sonunda bunu da qeyd edim ki, sizin sualınıza ümumi şəkildə cavab verildi. Əgər üstün dərəcələrdən söhbət açmaq istəyirsinizsə öz təhsil dərəcənizi qeyd etməklə sualınızı bizə yazın.


more post like this