Cavab: Uşaq adətən belə Suallar verir: Ölüm nə deməkdir? Filankəs öləndə hara getdi? İndi o haradadır? Oraya necə getdi? Geri qayıdacaqmı? Onu diriltmək olarmı?
Bəzən uşaqlar əvvəlcə insanın yox, həşaratların və bitkilərin ölümü ilə tanış olurlar. Məsələn, “bu bitki niyə saraldı” kimi Suallar verirlər.
Uşağın Suallarını cavablandırmaq çətin olur. Çünki o möhkəm dəlillər tələb edir. Bir çox valideynlər üçün bu Sual ona görə çətindir ki, hələ onlar özləri ölüm haqqında qəti qərara gəlməyiblər.


more post like this