Əksər uşaqlar üç yaşından başlayaraq belə bir hazırlığa malik olur. Çünki bu yaşda uşaqlar adətən süddən ayrılır, tualetə müstəqil gedə bilir, anasından bir neçə saatlıq kənarda qalmağı bacarır. Üç yaşdan aşağı uşaqların elmi mühitlərdə iştirakı məqsədəuyğun deyil. Bu yaşda olan uşaqlar kollektiv oyunlarda da özünü rahat hiss etmir. Onlar bir-birini yorur, oyun yoldaşı olmağı bacarmırlar. Kollektiv oyuna vaxtından əvvəl cəlb edilən uşaqlar gələcəkdə belə bir oyundan ləzzət almaq imkanını itirirlər. Ümumiyyətlə, uşaq üç yaşınadək özünü ana yanında daha rahat hiss edir. Uşaq elmi mühitə zor gücünə qatılmamalıdır. Bu məcburiyyət onun şəxsiyyətini sındırır. Əgər körpənin daxili ehtiyacları tam ödənsə, o heç bir məcburiyyət olmadan elmi mühitə can atacaqdır


more post like this