Bu halda sizin onunla birgə məktəbdə olmağınız çox əhəmiyyətlidir. Bəzi uşaqların məktəblə tanışlığı uzun çəkir, onlar valideynlərindən çətinliklə ayrılırlar. Bir çox uşaqlara valideyndən ayrılıq çox qorxulu görünür. Əgər bir müddət məktəbdə onunla qalsanız uşağın inam hissi artar, anlayar ki, müəllim onun ehtiyaclarını ödəməyə qadirdir.
Bəzən uşağın məktəbə mənfi münasibəti sizin yanlış hazırlıq üsulunuzdan doğur. Əgər valideyn öz ehtiyacında ifrata varıb, uşağı qorxudarsa, uşağı müqəssir saymaq olmaz. Bəzi valideynlər uşağın məktəbə getməsinə qəlbən razı olmurlar. Valideynin gizli hissləri uşağa sirayət edir. Sadalanan problemləri aradan qaldırmaq üçün bir müddət məktəbdə qalmalısınız.
Təəssüf ki, bəzən valideynin məktəbdə qalıb-qalmamasında uşağın rəyi əsas götürülür. Zənnimcə bu məsələdə böyüklər qərar çıxarmalıdır. Şəksiz ki, böyüklər qərar çıxararkən uşağın da hisslərini nəzərə almalıdırlar. Amma valideynə öyrəşmiş uşaq üçün müstəqil şəkildə belə bir qərara gəlmək çox çətin olur.


more post like this