Bu günlər ailələr müxtəlif metodlardan istifadə edərək, uşağın cinsiyyətini öncədən təyin edə bilərlər.

Ginekoloq, İranın Sonsuzluq Cəmiyyətinin üzvü doktor Mina Qədiri Səlamət Nyus ilə müsahibədə deyib: Məxsus qidalanma rejimindən istifadə etməklə qadın hamiləlik dövründən 3 ay öncədən məxsus bir qidalanma rejiminə riayət etməlidir və əgər oğlan övladı istəyirsə, qəbul etdiyi sodium və potasyumun miqdarını artırmalıdır. Yəni, daha çox xurma, hil, zəfəran, qırmızı ət, ispanaq, yerkökü, portağal, C vitamini qəbul etməli, kalsium və maqneziumla zəngin olan qida məhsulları, o cümlədən şalğam, kələm, turşu, süd və qatıqdan istifadəni azaltmalıdır.

Doktor Qədiri bu metodu qeyri-elmi və təsdiq olunmamış adlandırıb və deyib: Digər metod mayalanmanın dəqiq zamanını təyin etməkdir. Bu metod zamanı həkim hcg iynəsi vurmaq və sonoqrafiyadan istifadə etməklə mayalanmanın zamanını təyin edir. Əgər, yumurtalama dövrünə yaxın dönəmdə yaxınlıq baş vermiş olarsa, cəninin oğlan olması ehtimalı yuxarı olar. Çünki, bu zaman Y spermasının hərəkəti daha sürətlidir. Lakin, cinsi yaxınlıq yumurtalamadan öncə baş verərsə, Y sperması artıq məhv olmuş ola və X spermaları həyatda olmuş ola bilər ki, nəticədə cənin qız olar. Bu metod da bir təcrübi metoddur.

İranın Sonsuzluq Cəmiyyətinin üzvü əlavə edib: Uşağın cinsiyyətini təyin etməkdə ananın ruhi və psixoloji durumu da önəm kəsb edir.

Əgər ana ruhi baxımdan yaxşı vəziyyətdə olarsa, cəninin oğlan olması ehtimalı yüksəkdir.

O deyib: Əgər ananın vaginasının PH-i qələvi olarsa, soda ilə yuyularsa, cəninin oğlan olması ehtimalı yuxarı olar. Yox, əgər su qarışdırılmış sirkə ilə yuyularsa, bu halda cəninin qız olma şansı daha yuxarıdır.

Əlbəttə bu metod da təcrübi metoddur və elmi baxımdan sübut olunmayıb.

İsfahanın Sonsuzluq Mərkəzinin üzvü əlavə edib: Uşağın cinsiyyətini təyin etmək üçün istifadə olunan elmi metodlardan biri İUİ-dir. Bu metod laboratoriya şəraitində sınanmış bir metoddur və xərci də azdır. Heç bir yan təsiri də yoxdur.

Doktor Qədiri deyib: Flustiyometri və ya spermanın nişanlama metodu cinsiyyətin təyin edilməsi üçün istifadə edilən digər metodlardandır. Bu metoddan istifadə zamanı cənində yan təsirlərin ortaya çıxması ehtimalı mövcuddur və yalnız heyvanlar üzərində sınaqdan keçirilib.

O daha sonra bildirib: İVF v PCD metodları uşağın cinsiyyətini təyin etmək üçün istifadə olunan digər üsullardır ki, bu metodlardan istifadə zamanı qadında yumurtalığın təhrik edilməsi prosesi həyata keçirilir və daha sonra İVF həyata keçirilir. Bu metod son dərəcə bahalı metoddur və onda hamiləlik şansı azdır. Ola bilsin qadın hamilə qalmasın. Amma, hamilə qaldığı təqdirdə, istənilən cinsiyyətə nail olmaq şansı 100%-dir. Son 3 metod elmi metodlar sayılır. http://qafqaz.ir/az

 

 

 

Qadin və hicab

“Mən Quranı oxuduğum zaman özümü çox rahat hiss edirəm.”…

Təxminən 7 il əvvəl İslamiyyəti seçərək müsəlman olan şotlandiyalı Kimberley Davidson, sülh dinini seçdiyi üçün çox xoşbəxt olduğunu və müsəlmanlığı seçdiyi üçün bəzi yoldaşlarının onu ictimai paylaşma saytlarındakı dostluq siyahılarından sildiklərini bildirib. Xarici mətbuata istinadən verilən məlumata görə, Avropa Birliyinin Qrant Layihələri çərçivəsində Türkiyənin Qaziantəp şəhərinə gələn və təhsil sistemləri üzərində işləyən Davidson, müsəlmanlığa keçid hekayəsini açıqlayıb. Şotlandiyada təşkilatların birində katibə işləyən Davidson, Qurani-Kərimi ingilis dilində oxuyub və 20 yaşında müsəlman olmağa qərar verib. O, ilk qərarını ailəsinə açıb, katolik xristian olan atası ilə anası da bu qərara hörmət ediblər və “Sən xoşbəxtsənsə, biz də xoşbəxtik” – deyə cavab veriblər.

Qurani-Kərimi özünə çox yaxın bildiyini dilə gətirən Davidson, belə qeyd edib: “Mən Quranı oxuduğum zaman özümü çox rahat hiss edirəm. Müsəlman yoldaşlarım da vardı və onlarla danışdım. Müsəlmanlar üçün ailənin əhəmiyyətini, həyat tərzini öyrəndim. Məni ən çox təşviq edən də bu oldu. Sonra da məscidə getdim və kəlmeyi- şəhadət gətirib müsəlman oldum, 5 yaşlı uşaqlarla məscidə gedərək dinimi öyrəndim”. İslamın daha çox sülh dini olduğunu dilə gətirən Davidson, “Daha sakitəm. Avropa mədəniyyətini bilirsiniz, davamlı gecə klublarında, çöldə insanlar olur. Mən müsəlmanlığı seçdikdən sonra heç hara getmədim. Spirtdən də istifadə etmədim” – deyə vurğulayıb.

O, başı örtülü olduğu üçün bəzən özünü də unutduğunu, işinə kimsə qarışmasa, çox rahat bir şəkildə hərəkət edə bildiyini deyib: “İnsanlar başadüşə bilirlər. Bu qərarımdan sonra məni facebooktan silən yoldaşlarım belə oldu. Bəziləri, İslam dininin qadınlara dəyər vermədiyini, onlar üçün alt səviyyədə olduğunu deyirlər”.

Hələ İslamiyyəti seçməmişdən əvvəl də özünü müsəlman kimi hiss etdiyini vurğulayan Davidson, ən çox Əl-Bəqərə surəsindən təsirləndiyini söyləyib. Hz.Məhəmmədin (s.ə.v.), “Cənnət anaların ayaqları altındadır” hədisi-şərifin də özü üçün çox məna ifadə etdiyini qeyd edib.

http://qafqaz.ir/az


more post like this