Uşaq anadan olduğu an əmməyi bacarır və dünya ilə ilk əlaqəsini ağız vasitəsi ilə yaradır. Bu mövzuları Freyd kimi elmin dolanbaclarında özünü itirmiş yazıçıların kitablarından öyrənmək lazım deyil. Sadəcə, öz körpənizi diqqətlə müşahidə edin. Əgər barmağınızı onun ağzına salsanız (lütfən əvvəlcə əllərinizi yuyun) barmağınızın böyük bir qüvvə ilə somurulduğuna şahid olacaqsınız. O, ağzına qoyulan hər şeyi əmir. Demək, bu fitri istəkdir. Körpənin əmmə istedadı təvəllüddən qabaqkı dövrə də aid ola bilər. Ana bətnində barmağını somuran körpənin rentgen müşahidəsi bu fikri təsdiqləyir.


more post like this