Bəli! Amma maraqlıdır ki, uşaqlar haqqında yazılan əksər kitablarda atanın rolu qeyd olunmur. Beləcə, ata unudulur, onun uşağa münasibətdə funksiyaları məhdudlaşdırılır.
Hansı ki, atanın ailədə böyük rolu var. Ata da ana kimi ailədən ləzzət duyur. Yeni bir varlığa həyat vermək həyatın ən böyük təcrübələrindəndir. Atanın övlada təsir etmək, onu qorumaq, onun cəmiyyətdə yer tutmasına yardım göstərmək imkanları var. Övladın ataya məhəbbəti ata üçün misilsiz ləzzətdir.
Əksər atalar övladlarının xoş münasibətini müşahidə etdikdə rahatlıq tapırlar. Bu xüsusiyyət ata olmağın yalnız bir üstün cəhətidir. İnsan ata olmaqla öz uşaqlıq xatirələrini təkrarlamaq imkanı qazanır. Övladlar atalıq ləzzətini təcrübədən keçirmək üçün kişiyə verilmiş fürsətdir. Buna görə övladlara təşəkkür etmək lazımdır. Əfsus ki, bəzi atalar bu fürsətdən yetərincə faydalanmırlar.
Bu xoşagəlməz hal bu günki mədəniyyətimizdən doğur. Cəmiyyətimizdə atalıq vəzifələrinə əhəmiyyət verilmir. Amma həyəcan təbili çalmağın vaxtıdır. Ana məhəbbətini dəyərli bildiyimiz kimi, ata məhəbbətini də dəyərli bilməliyik. Uşaqlar atanın məhəbbətindən, onun qucağında oynamaqdan, öpüşlərindən ləzzət alırlar. Üzümü bütün oxuculara tutub soruşuram: belə bir sevginin təbliği ilə rastlaşmısınızmı?
Bir sözlə, bizim cəmiyyətdə sözün əsil mənasında övlad atadan təcrid edilib. Guya, uşaq saxlamaq kişinin şəxsiyyətinə nöqsan gətirir. Əlbəttə ki, bu münasibət cəfəngiyyatdır. Hər bir ata övladına nəvaziş göstərməlidir. Hətta yaxşı ata azacıq ananı xatırladır.
Sözsüz ki, atanın vaxtı məhdud olduğu üçün o öz övladına lazımı qədər vaxt ayıra bilmir. Amma atanın az da olsa övladına ayırdığı vaxt çox dəyərlidir. Hətta az vaxt daha da şirin ola bilər.
Uşaq atası ilə təklikdə qalmaqdan ləzzət alır. Atanın öz övladlarını bir yerə yığıb onları gəzintiyə aparması böyük sevinc doğurur.Ümumiyyətlə, uşaqda öz valideynlərini ayrı-ayrılıqda tanımağa maraq var.


more post like this