Uşağa kiçik işlər tapşırıb, bu işdə ona kömək edin. Əgər o bu vəzifəni yerinə yetirə bilsə, məhəbbətinizlə mükafatlandırın. Bu yolla uşaqda məsuliyyət hissi yaratmaq olar.
Sözsüz ki, az yaşlı uşaqlara kiçik işlər tapşırmaq olar. Uşağa tapşırılmış işdə ona kömək etmək, hər hansı bir işdə uşağın köməyini qiymətləndirmək onu hərəkətə gətirir. Məsələn, iki yaşlı uşaqlar valideynə ev işlərində həvəslə kömək edirlər.Əgər göstərdiyi köməkliyə görə ona təşəkkür etsəniz, daha çox çalışacaq. Öz vəzifəsinə əməl etməyən, uşağa biganə olan valideyn övladının məsuliyyət hissini öldürür.


more post like this